
Laçının mədəniyyət mərkəzi elan edilməsi əhəmiyyətli hadisədir -AÇIQLAMA
Yusif Nəzərli
06:35 10.10.2024
Mədəniyyət
1025
Bu, Azərbaycanın möhkəmlənmiş siyasi nüfuzunun daha da artmasına imkan yaradacaq
Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq. Bu barədə Rusiya Prezidenti Vladimir Putin MDB sammitində bildirib. Onun sözlərinə görə, Laçın şəhərindən sonra MDB-nin mədəniyyət paytaxtı statusu ardıcıllıqla Ermənistanın Mehri və Belarusun Molodeçno şəhərlərinə veriləcək: “Biz hər il birliyin mədəniyyət paytaxtını seçirik və bu, bütün ölkələrimizin vətəndaşlarının böyük marağına səbəb olan canlı, yaradıcı və humanitar tədbirlərin mərkəzinə çevrilir. Bizim razılığımızla estafeti Azərbaycanın Laçın şəhəri, sonra 2026-cı ildə Ermənistanın Mehri, 2027-ci ildə isə Belarusun Molodeçno şəhəri qəbul edəcək”. Prezident İlham Əliyev də Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında söyləyib ki, Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb: “MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib. Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar”.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov deyib ki, Laçın şəhərinin 2025-ci ildə MDB dövlətlərinin mədəniyyət mərkəzi elan edilməsi kifayət qədər ciddi məsələdir. Analitik vurğulayıb ki, bu qərar təsadüfən ortaya çıxmayıb:

"Laçın işğaldan azad edilmiş ərazilər içərisində olduqca mühüm bölgədir. Qərbdə hələ də Laçın vasitəsi ilə "ermənilərin Qarabağa qayıdışından" dəm vururlar, Azərbaycana təzyiq göstərirlər. Həmçinin Laçın yaxınlığında Avropa İttifaqının xüsusi missiyası yerləşir. Hətta antiterror tədbirlərindən qabaq Qərb Laçına "sülhməramlı missiya" göndərmək niyyətində idi. Hələ də bu düşüncədə olanlar var. Bütün bunlar Laçının əhəmiyyətindən xəbər verir. 30 il ərzində İrəvan-Bakı arasında aparılmış danışıqlara nəzər yetirsək, aydın olar ki, Cəbrayılın, Qubadlının, Füzulinin, Zəngilanın, Ağdamın Azərbaycana qaytarılması ilə bağlı birmənalı mövqe nümayiş etdirilsə də, Laçın və Kəlbəcərlə bağlı fərqli yanaşma sərgilənirdi. Laçının növbəti mərhələdə müzakirəsi vurğulanırdı".
Z.Məmmədov əlavə edib ki, Laçının 2025-ci ildə MDB dövlətlərinin mədəniyyət paytaxtı elan edilməsi Ermənistana və Qərbə xüsusi ismarıcdır:
"Bu qərar Laçının dünyaya yenidən tanıdılması, təbliğatı üçün əhəmiyyətlidir. Mədəniyyət paytaxtı çərçivəsində MDB-nin müxtəlif nazirlərinin, siyasi-dövlət xadimlərinin Laçına səfərləri, orada tədbirlərin keçirilməsi Zəngəzurda Azərbaycanın möhkəmlənmiş siyasi nüfuzunun daha da artmasına və reallığın bütün dünya ictimaiyyəti tərəfindən qəbul edilməsinə imkan yaradacaq. O baxımdan bu qərar böyük siyasi əhəmiyyətə malikdir. Xüsusən, revanşist duyğularla yaşayan ermənilər başa düşməlidirlər ki, Laçın Azərbaycandır və Laçında hər zaman Azərbaycan bayrağı dalğalanacaq. Yeni reallıqlar fonunda Ermənistan hansısa ölkənin şirin vədlərinə aldanmamalı, özünü adekvat aparmalıdır. Bu, həm də MDB məkanında Azərbaycanın artan nüfuzu, Moskva-Bakı münasibətlərində yeni mərhələnin təzahürüdür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya