AP bizi cəzalandırmağa çalışır, alınmayacaq
AP bizi cəzalandırmağa çalışır, alınmayacaq
Yusif Nəzərli
09:46 10.10.2024
Dünya
311
Avropa Parlamentinin hakim Gürcü Arzusu Partiyasının siyasətini tənqid edən qətnaməsi ədalətsizdir.
Axar.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Bu qətnamənin ədalətsizliyi çox açıq şəkildə görünür. Söhbət yenə də Gürcü Arzusunun nümayəndələrinin cəzalandırılmasından, Milli Hərəkata himayədarlıqdan gedir və bunlar qətnamədə əsas qırmızı xəttdir. Təbii ki, bu ədalətsiz sənəd də əvvəlki üç qətnamə kimi dəyərsizdir və əvvəlki üç qətnamə kimi təsirsiz olacaq”, - o bildirib.
Baş nazir qeyd edib ki, qətnamənin arxasında Gürcüstanda Rusiya ilə qarşıdurmanın ikinci cəbhəsini açmaq istəyən qüvvələr dayanır:
“Onlar bu qətnaməni xüsusi olaraq oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkisindən əvvəl gürcü seçicilərə təsir etmək məqsədilə qəbul ediblər”.
Qeyd edək ki, Avropa Parlamentinin üzvləri AB-nin Gürcüstana ayırdığı maliyyənin dondurulmasını, eləcə də ölkədə “demokratiyaya zərbə vuran” şəxslərə, həmçinin hakim partiyanın təsisçisi Bidzina İvanişviliyə qarşı sanksiyaları tələb edən qətnaməni dəstəkləyiblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya