
Terapevtdən çağırış: Geomaqnit qasırğası xroniki xəstələrə mənfi təsir göstərir
Yusif Nəzərli
11:10 10.10.2024
Sağlamlıq
650
Geomaqnit qasırğası bu gün günorta saatlarınadək davam edəcək.
Bu barədə BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Qeyd olunub ki, Günəşdə davamlı və uzun müddət baş verən alışmalar hesabına aktivlik yüksək həddə qalxıb. M (radiodalğaları əngəlləyən, yayılmasına mane olan), eləcə də X sinif (güclü) alışmalar hesabına Günəş aktivliyi Yerdə maqnit qasırğaları yaradıb. Günəşdə baş vermiş tac kütlə atılmaları hesabına sentyabrın 16-sı günün yarısından başlayaraq G1(mülayim), sonradan G2 (orta) səviyyəli maqnit qasırğası baş verib. Gecə qasırğa səviyyəsi G3-ə (güclü) çatıb. Maqnit qasırğası sentyabrın 17-si günorta saatlarınadək davam edəcək. Günota saatlarından sonra Yerin geomaqnit sahəsi normal səviyyəyə düşəcək. Geomaqnit qasırğa yüksək coğrafi enliklərdə G2-G3 səviyyəsində, orta coğrafi enliklərdə G1 səviyyəsində hiss olunur.
Məsələ ilə bağlı "Sherg.az"a danışan terapevt Sübhan Hacıyev deyib ki, yer kürəsinin öz maqnit sahəsi var:

''Həmin maqnit sahəsi elektron dalğalar ifraz edir. Bu prosses həddindən artıq baş verdikdə isə geomaqnit qasırğası əmələ gəlir. Bu da vətəndaşlara, xüsusən xroniki xəstələrə mənfi təsir göstərir. Beləki səbəbsiz və ani şəkildə baş ağrısı, baş gicəllənməsi, ümumi halsızlıq, yorğunluq hiss edilir. Belə hallar daha çox ürək-damar xəstələrində baş verir. Çünki həmin insanların bir çoxunda damar daralması yarandığı üçün təzyiq artır və nəticədə beyin qan dövranı, huşun səviyyəsində müəyyən dəyişikliklər ola bilir. Şəkərli diabet xəstələrində isə metabolik pozuntular nəticəsində şəkər qalxır, nevroloji xəstəliklərdə kommunikativ funksiyaların pozulması eyni zamanda, ciddi şəkildə panik ataklar olur. Bu səbəbdən vətəndaşlar ilkin xəstəliklərini nəzarətdə saxlasınlar. Mütəmadi yazılan dərmanları qəbul etməyi gecikdirməsinlər. Məcbur olmadıqları təqdirdə geomaqnit qasırğası zamanı açıq havaya çıxmasınlar. Elektron cihazlar az istifadə etsinlər. Çünki həmin cihazların şüalanması da maqnit sahələrini daha da qıcıqlandırır. Həmçinin, bol maye qəbul etməyi unutmasınlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya