Baydenin müşaviri: Biz Bakıda danışarkən "Milton" qasırğası ABŞ-də zərərlər törətməkdədir
Baydenin müşaviri: Biz Bakıda danışarkən "Milton" qasırğası ABŞ-də zərərlər törətməkdədir
08:05 11.10.2024
Dünya
384
“Dünənki plenar iclasda qeyd etdiyim kimi, 2024-cü il iqlim böhranı ili kimi müəyyən edilib”.
APA xəbər verir ki, bunu Bakıda "PreCOP" çərçivəsində "İqlim və İnkişaf" mövzusunda Nazirlər Konfransında ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con Podesta deyib.
O bildirib ki, iqlim böhranı dünyanı narahat edən əsas məsələlərdən biridir: “Biz burada danışarkən "Milton" qasırğası ABŞ-də zərərlər törətməkdədir. Tullantıları azaltmaq üçün təcili addımlar atmaqla yanaşı, iqlim fəlakətlərinə reaksiyamızı da gücləndirməliyik və gələcək ekstremal hava şəraitinə qarşı işlər görməliyik”.
O həmçinin qeyd edib ki, inkişaf etməkdə olan ölkələrə və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə bu böhranı idarə etmək və uyğunlaşdırmaq üçün dəstək olmalıyıq: “Maliyyə dəstəyi iqlim fəaliyyətində ən kritik məsələdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət