
Xərçəngi də müalicə etmək mümkündür -Tanınmış həkimdən ŞOK AÇIQLAMA
Yusif Nəzərli
12:09 10.11.2024
Sağlamlıq
782
"İnsanlar onkoloji xəstəliklərin müalicəsində qeyri-ənənəvi təbabətə müraciət etməklə qiymətli vaxtlarını itirirlər. Çünki həkimlər xəstəliyi nə qədər tez aşkar edib tam müalicəyə başlasalar, sağalma şansı bir o qədər çox olar".
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin xəbərdarlıq edib.
Onun sözlərinə görə, hələ indiyə qədər qeyri-ənənəvi təbabət üsulları ilə xərçəngdən sağalan heç bir xəstə görməyib, lakin belə "müalicənin" nəticələrinə şahid olub.
"Problem ondadır ki, xəstələr bu vicdansız insanların satdığı "sehrli" həbə inanarkən, xəstəliklə real mübarizəyə həsr oluna biləcək qiymətli vaxtı itirirlər. Bu çox kədərli mənzərədir və təəssüf doğurur. Bir daha xatırlatmaq istəyirəm ki, xərçəngin əsas düşməni erkən diaqnostikadır", - deyə mütəxəssis bildirib.
Kaprin profilaktik müayinələrin vaxtında keçirilməsinin və şişlərin aşkarlanması üçün yaş dövrlərinə görə spesifik analizlərin verilməsinin vacibliyini xatırladıb.
"Həkimə getməkdə gecikmək, bu xəstəlikdən qurtulmaq üçün xalq təbabətinə, "şəfaverənlərə" müraciət etmək lazım deyil. Xəstəlik nə qədər tez aşkar edilsə və müvafiq müalicəyə başlansa, xəstənin sağalma şansı bir o qədər çox olar", - deyə onkoloq çağırış edib
Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında bildirib ki, təbabət elmi yarandığı gündən bu günə qədər xəstəliklərlə mübarizə ilə məşğul olan humanist bir elmdir:

“Təbabət yarandığı gündən bir çox sahələrdə fundamental dəyişikliklər etdi, nailiyyətlər qazandı. Yəni ürək əməliyyatından tutmuş beyin əməliyyatı, suni intellektlərin yaradılması, orqan köçürülməsi və digər problemləri həll etdi. Təssüf ki, dünya çapında təbabət elmi onkoloji xəstəliklərin tam qarşısının alınması ilə bağlı problemi həll edə bilmədi. Ancaq o vəziyyətin yüngülləşdirilməsi, xəstənin ömrünün uzadılması ilə bağlı çox uğurlu nəticələr əldə etməyi bacardı. Ümumiyyətlə xərçəng və yaxud da hər hansı xəstəlik vaxtında aşkarlanarsa, tam rahat müalicəsi mümkündür. Ancaq xərçəngin digər xəstəliklərdən fərqi odur ki, o qaldıqca digər orqanları da sıradan çıxarır. Bu zaman da qarşısının alınması mümkün olmur. Bu mənada birinci və ikinci dərəcəli xərçəng xəstəliklərinin hansı orqanda olmasından asılı olmayaraq vaxtında aşkarlanırsa, təbabət elmi çox uğurlu nəticələr əldə edir. Yəni xəstəlik vaxtında aşkar edilsə, pasientlər çox rahat tibbi şəraitdə ömürlərini sürürlər. Burada insanın həyat tərzi, yaşadığı şərait, qəbul etdiyi dərmanlar, xəstənin özünə qarşı məsuliyyəti, həkimlərin dediklərinə əməl etməsi, düzgün qidalanması və.s amillər çox vacibdir. Bir sözlə sadalananlar edildikdə bu xəstəliyi də müalicə etmək mümkündür. Ancaq digər xəstəliklər kimi o da risk altındadır. Ailədə hər hansı bir insanda orqanın xərçəngi varsa, o ailədən olan insanlar risk qrupunda olurlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya