
Ekspert: Azərbaycanda turizm pandemiydan sonrakı bərpa dövrünü yaşayır
Yusif Nəzərli
14:09 10.11.2024
İqtisadiyyat
804
Noyabr ayı ərzində ardıcıl altı gün qeyri-iş günü olacaq.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.
Qeyd edək ki, 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü iş günü hesab edilməyən bayram günləridir.
Bu il noyabrın 9-u şənbə gününə təsadüf etdiyi üçün, Əmək Məcəlləsinə uyğun olaraq, növbəti həftənin bazar ertəsi, yəni 11 noyabr qeyri-iş günü olacaq.
Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar ardıcıl altı gün - 8, 9, 10 (bazar günü), 11, 12 və 13 noyabr qeyri-iş günü olacaq.
Eləcə də noyabrın 2-3-ü, 16-17-si, 23-24-ü və 30-u da müvafiq olaraq şənbə və bazar günlərinə təsadüf edir. Ancaq yuxarıda qeyd etdiyimiz kimi, ayın 16-sı və 23-ü iş günü olacaq.
Əlavə edək ki, Nazirlər Kabinetinin qərarı ilə ölkəmizdə fəaliyyət göstərən orta məktəblərdə (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişib. Sözügedən qərarla ümumi təhsil pilləsi üzrə 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olacaq.
Orta məktəblərdə tətil ümumilikdə 8 noyabrda başlayacaq və tam 17 gün - 25 noyabra qədər davam edəcək. Maraqlıdır, bayram tətili günlərində bölgələrdə qiymətlər hansı aralıqdadır? Turizm sahəsində vəziyyət necədir?
Turizm məsələləri üzrə ekspert Əziz Şiriyev "sherg.az"-a açıqlamasında bildirib ki, bayram günlərində bölgələrə kifayət qədər maraq artır:

"Həmçinin, bu bayram Göyçayda nar yetişmə sezonuna təsadüf edir. Ümumiyyətlə, hər il Göyçayda "Nar Festivalı" keçirilir. Bu il COP29-la əlaqədar regionlarda həmin festivallar ləğv olundu. Beləki bu festivallarda vətəndaşlar nar bağlarına səfər edir, meyvə toplayır, daha sonra Mingəçevirə yollanaraq Kür çayında qayıqla gəzib balıqdan dada bilirdilər. Yəni, çox möhtəşəm gün keçirtmək mümkündür. Əslində bütün istiqamətlər üzrə turlar təşkil olunur. Ancaq cənub istiqaməti subtropik bitkilərin məskəni olduğu üçün insanlar daha çox bura səfər edirlər. Ekonom və standart olaraq bir,iki, üç günlük turlar mövcuddur. Qiymətlərə gəldikdə isə bir günlük tur 25-29 manat aralığındadır. Qeyd edim ki, 25 manatlıq turun daxilində səhər yeməyi yoxdur. İki günlük turlar 85, 95, 109 manat civarındadır. Bu otellərin səviyyəsinə görə, dəyişir. Üç günlük turun qiyməti isə 145,155,185 manatdan başlayır. Bir sözlə, son dövrlər Azərbaycanın turizm sektorunda rəqabət artır. Ümumilikdə ölkədə turizm pandemiydan sonrakı bərpa dövrünü yaşayır desək, yanılmarıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya