
Dünya dörd gözlə Trampın addımlarını gözləyir - TƏHLİL
Yusif Nəzərli
09:09 11.11.2024
Gündəm
502
Tramp Çinlə müqayisədə Hindistanla tərəfdaşlığın gücləndirilməsinə üstünlük verəcək
"Hər dövlətin Trampdan özəl gözləntisi var".
Bu barədə "Sherg.az"a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, Donald Trampın ABŞ-ın Prezident seçilməsi müxtəlif ölkələrdə eyni sualın aktuallığını artırıb:

“Ağ Evin yeni sahibinin xarici siyasəti necə olacaq, o hansı ölkə ilə əməkdaşlığa üstünlük verəcək?” Tramp hələ ki, təbrikləri qəbul etməkdədir. Onun andiçmə mərasimi gələn ilin yanvarın 20-də keçiriləcək. Tramp bu tarixə qədər komandasını formalaşdırmağa çalışacaq. Donald Trampın dövlət katibi və təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsinə kimləri təyin edəcəyi də müzakirə predmetidir. Çünki məhz dövlət katibi və təhlükəsizlik məsələləri üzrə müşavir Trampın xarici və təhlükəsizlik siyasətini müəyyənləşdirəcəklər. Trampın bu iki vəzifəyə Respublikaçılar Partiyasının Konqresdəki üzvlərindən təyin edəcəyi ehtimal olunur".
E.Şahinoğlu vurğulayıb ki, Donald Trampı ABŞ-ın mübarizə apardığı iki əsas dövlətin – Rusiya və Çinin liderləri də təbrik edib:
"Rusiya Prezidenti Vladimir Putin ümid edir ki, Donald Tramp Ukraynaya hərbi və maliyyə yardımını ya azaldacaq, ya da tamamilə dayandıracaq. Çin lideri Si Cinpin isə ümid edir ki, Donald Tramp Ağ Evə qayıtdıqdan sonra Çinə qarşı sərt iqtisadi siyasətdən imtina edəcək. Hindistanın baş naziri Narendra Modi isə təbrik məktubunda Trampı “dostum” adlandıraraq Ağ Evin yeni sahibinin Hindistan-ABŞ əlaqələrini daha böyük zirvələrə yüksəldəcəyinə əminliyini vurğulayıb. Maraqlıdır ki, ABŞ-dakı hind icması Demokratlar Partiyasına və prezidentliyə namizəd Kamala Harrisə üstünlük versə də, hindlilər arasında respublikaçı Donald Trampa səs verənlər də az olmayıb. Gözlənildiyinin əksinə olaraq ABŞ-dakı qaradərililərin və ispandillilərin əhəmiyyətli qismi də Trampa səs verib. Siyasi ekspertlər bunu onunla əlaqələndirirlər ki, ABŞ-dakı azlıqları Trampın miqrant axınını dayandırmaq siyasətini dəstəkləyirlər".
Ekspertə görə, Donald Tramp Çinlə müqayisədə Hindistanla tərəfdaşlığın gücləndirilməsinə üstünlük verəcək:
"O 2020-ci ildə Hindistana səfəri zamanı Modi ilə müxtəlif sazişlər imzalamışdı. Əslində Cozef Bayden Trampın prezidentlik dövründə Asiya siyasətini davam etdirib. Bayden administrasiyası keçmişdə Tramp amdinistrasiyası kimi Çinə qarşı iqtisadi sanksiyaları sərtləşdirərkən, Hindistanla tərəfdaşlığı gücləndirib. Böyük ehtimalla estafeti Baydendən alacaq Tramp bu siyasətə sadiq qalacaq. Vaşinqton illərdir Çinə yönələn xarici kapitalın Hindistana istiqamətlənməsində maraqlıdır".
Oxşar xəbərlər
SEPAH: ABŞ-ın Bəhreyndəki helikopter bazasındakı radara PUA zərbəsi endirilib - YENİLƏNİB
12:23 15.11.2026
Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisinə PUA zərbəsi endirilib
10:24 15.11.2026
Xəbər lenti
Hamısına bax
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya