TDT ölkələri gömrükdə bu sistemləri tətbiq edəcək
13:59 16.01.2025
Siyasət
455
Türk Dövlətləri Təşkilatının (TDT) Gömrük Xidməti Rəhbərlərinin XI iclası Qazaxıstanda keçiriləcək.
Sherg.az xəbər verir ki, bu barədə bu gün Bakıda keçirilən TDT-nin Gömrük Xidməti Rəhbərlərinin X iclasının protokolunda bildirilib.
Qeyd edilib ki, bu il üçün planlaşdırılan tədbirlər sırasında pilot layihənin icrası məqsədilə texniki işçi qrupun yaradılması və fevral ayında ilk görüşün təşkili daxildir. Bununla yanaşı, gömrük laboratoriyaları və risklərin idarə edilməsi üzrə əməkdaşlıq haqqında sazişlərin imzalanması, İpək Yolu Təşəbbüsü və Karvansaray Layihəsi üzrə fəaliyyətlərin planlaşdırılması nəzərdə tutulur.
İclasda, TDT hökumətləri arasında Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında Sazişin həyata keçirilməsinə dair razılıq əldə olunub. Pilot layihənin texnologiyalarının hazırlanması və məlumat mübadiləsi məsələləri müzakirə edilib.
Tərəflər, Azərbaycanın təqdim etdiyi “Transxəzər Gömrük Tranzit Portalı”nın tətbiqini dəstəkləyiblər. Bu platformanın regionun tranzit potensialını artıracağı və ticarət iştirakçılarına əlverişli şərait yaradacağı vurğulanıb.
Gömrük-sərhəd məntəqələrində prosedurların sadələşdirilməsi üçün qabaqcıl texnologiyaların - “bir pəncərə” və “bir dayanacaq” sistemlərinin tətbiqi müzakirə edilib. Türkiyənin təcrübəsi əsasında üzv dövlətlər arasında təlim və sahə səfərləri təşkil olunacağına dair qərar qəbul olunub.
Üzv dövlətlərin tranzit tənzimləmələrində istifadə etdikləri müasir izləmə texnologiyalarının genişləndirilməsi də görüləcək işlər siyahısına daxil edilib.
Bildirilib ki, gömrük idarələri arasında Milli Səlahiyyətli İqtisadi Operator (SIO) proqramlarının uyğunlaşdırılması və qabaqcıl təcrübələrin bölüşülməsi məqsədilə əməkdaşlıq genişləndiriləcək.
Xatırladaq ki, yanvarın 16-da Bakıda Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin X İclası keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğız gömrük xidmətləri rəhbərlərinin qatıldığı iclasda BMT-nin, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının, Gürcüstan və Macartıstan gömrük xidmətlərinin nümayəndələri də iştirak ediblər. İclasın sonunda Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin X İclasının Protokolu, 11 noyabr 2022-ci il tarixində Səmərqənd şəhərində imzalanmış Türk Dövlətləri Təşkilatının Hökumətləri arasında Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında Saziş çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv Dövlətlərin Gömrük Administrasiyaları arasında Məlumat Mübadiləsinin Texniki Şərtləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində BYD Konvensiyasına (1975, Cenevrə) uyğun olaraq e-BYD prosedurunun tətbiqi üzrə Fəaliyyət Planı sənədləri imzalanıb.
Oxşar xəbərlər
Azərbaycan artıq Böyük Britaniya ilə münasibətlərini yeni strateji mərhələyə keçirir -ŞƏRH
12:35 13.11.2026
Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında birgə bəyannamə imzalandı
23:21 12.11.2026
Xəbər lenti
Hamısına bax
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə