Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Azərbaycana səfər edəcək

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Yorgensen sabah Azərbaycana səfər edəcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında məlumat paylaşılıb.

Bildirilib ki, Dan Yorgensen Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 3-cü iclasında iştirak edəcək.