
Şamil Ayrım: Türkiyə Cənubi Qafqazda xalqların qardaşlığına əsaslanan gələcəyə baxışın tərəfdarıdır
09:12 18.04.2025
Siyasət
624
Cənubi Qafqazda davamlı sülh və əməkdaşlıq mühitinin formalaşması son dövrlərdə regional və beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Bu kontekstdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyə mətbuatına verdiyi son müsahibəsində səsləndirdiyi fikirlər diqqət çəkib. O bildirib ki, Türkiyə iki tərəfin - Azərbaycan və Ermənistanın, liderlər səviyyəsində yaxınlaşmasında konstruktiv rol oynaya bilər.
Uzun illərdir ki, Cənubi Qafqazda sülhün, iqtisadi tərəfdaşlığın və xalqlar arasında mehriban qonşuluq münasibətlərinin təşviqinə çalışan Türkiyənin bu prosesdəki mövqeyi və təşəbbüsləri isə regionun gələcəyi üçün ümidverici perspektivlər yaradır.
Türkiyənin millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:

"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyə mətbuatına müsahibəsində qeyd etdiyi bu fikir regionumuzda sülh və sabitliyin bərqərar olması istiqamətində mühüm addımdır.
Türkiyə uzun müddətdir ki, davamlı sülhün, iqtisadi əməkdaşlığın və Cənubi Qafqazda xalqların qardaşlığına əsaslanan gələcəyə baxışın tərəfdarıdır. Bu kontekstdə o, həm Ermənistanla birbaşa ikitərəfli münasibətlərin normallaşması, həm də Azərbaycan-Ermənistan münasibətlərinin sülh zəminində irəliləməsi üçün hər zaman üzərinə düşəni etməyə hazırdır.
Mirzoyanın Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının Ermənistan-Azərbaycan münasibətlərinə də müsbət töhfə verəcəyinə dair müşahidəsi düzgündür. Lakin bu prosesin irəliləməsi üçün tarixi faktları danmamaq, xüsusən də 30 ildir Qarabağda yaşanan haqsızlıqları etiraf etmək, səmimi yanaşmaq böyük əhəmiyyət kəsb edir".
Deputat Ermənistanla Azərbaycan arasında ən fundamental məsələnin daimi sülh sazişinin imzalanması olduğunu bildirib. O həmçinin Azərbaycanın irəli sürdüyü şərtləri Türkiyənin qırmızı xətti adlandırıb:
"Sülhə əsas maneələrdən biri Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü tanımayan ifadələrin olmasıdır. Bu prosesdə Ermənistan konstitusiyasından qonşularının ərazi iddialarına yol açan maddələrin çıxarılması son dərəcə vacibdir. Ermənistan bu konstitusiya ziddiyyətini həll etməlidir. O, həmçinin Minsk Qrupu kimi köhnəlmiş strukturlara deyil, regional reallıqları nəzərə alan birbaşa dialoq proseslərinə diqqət yetirməlidir. Bu məsələlər Türkiyə üçün qırmızı xətlərdir.
Türkiyə qonşularının sülh və sabitlik içində yaşamasını istəyən konstruktiv və məsuliyyətli bir dövlətdir. Əgər Ermənistan Azərbaycanla münasibətlərində real normallaşmanı istəsə, Türkiyə bu prosesdə aparıcı rol oynayacaq və konstruktiv rolunu qətiyyətlə davam etdirəcək.
Türkiyə və Azərbaycan “iki dövlət, bir millət” anlayışı ilə təkcə özləri üçün deyil, bütün Cənubi Qafqaz üçün sülh, təhlükəsizlik və firavanlıq qurmaq istəyir. Bu prosesdə Ermənistan da realist, sülhsevər və gələcəyə yönəlmiş baxış təqdim etməlidir".
Şamil Ayrım sonda nə qədər ki, səmimiyyət var, nə qədər ki, tarixi hesablamalar öz yerini gələcəyə ümumi baxışa buraxır, o vaxta qədər də dialoq prosesinin qapılarının açıq olacağını vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə 40 yaşlı kişinin meyiti tapılıb
18:00 10.11.2026
Hadisə
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
17:37 10.11.2026
Gündəm
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Jurnalistikamızın canlı KORİFEYİ...
17:11 10.11.2026
Media
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol