Hərbi Prokurorluqda “962” nömrəli Etimad xətti yaradılıb
Yusif Nəzərli
05:47 20.08.2025
Hadisə
330
Prokurorluq orqanlarının fəaliyyətində operativliyin təmin edilməsi, vətəndaşların məmnunluq səviyyəsinin yüksəldilməsi istiqamətində mütəmadi olaraq işlər görülməkdədir.
APA xəbər verir ki, həyata keçirilən tədbirlərin davamı kimi Baş prokurorun tapşırıq və tövsiyələri əsasında Hərbi prokurorun təşəbbüsü və rəhbərliyi ilə Hərbi Prokurorluqda həyata keçirilən köklü və intensiv islahatlar çərçivəsində, Silahlı Qüvvələrdə korrupsiyaya qarşı mübarizə və ona şərait yaradan halların aradan qaldırılması, şəffaflığın artırılması, hərbi qulluqçular və onların ailə üzvləri ilə Hərbi Prokurorluq arasındakı etimadın möhkəmləndirilməsi, cinayətkarlığa və digər qanun pozuntularına qarşı tədbirlərin çevikliyini, vətəndaşların hüquqlarının daha etibarlı müdafiəsini, eləcə də müraciət imkanının asanlaşdırılmasını, bir sözlə, istənilən neqativ halın və ağır nəticənin vaxtında qarşısının alınmasını təmin etmək məqsədi ilə "962" Etimad xətti yaradılıb.
Aşkarlığın, əlçatanlığın və operativliyin təmin edilməsi məqsədilə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə səs yazılarının qeydə alınacağı və fasiləsiz olaraq fəaliyyət göstərəcək Xəttə müraciətlərin qeydə alınması və cavablandırılması respublikanın istənilən regionundan stasionar telefonlar, eləcə də mobil operatorlar vasitəsilə ödənişsiz həyata keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region