Vətəndaş Həmrəyliyi Partiyasının 33 yaşı: İstiqlalın ocağından bu günə...
Yusif Nəzərli
01:56 26.09.2025
Siyasət
936
Azərbaycanın siyasi həyatında 1992-ci il mühüm bir dönəm idi. Xalq azadlığını qazanmışdı, amma hələ istiqlalın sütunları möhkəmlənməmişdi. Dövlətin institutları formalaşır, cəmiyyətin siyasi palitrası zənginləşirdi. Məhz belə bir zamanda ziyalıların və Milli Azadlıq Hərəkatının önündə gedən fədakar insanların təşəbbüsü ilə Vətəndaş Həmrəyliyi Partiyası təsis olundu. Bu gün həmin tarixi gündən 33 il keçir. Bu tarix sadəcə bir siyasi təşkilatın yaşı deyil, milli mübarizənin ideoloji yolunun davamıdır.
1992-ci il sentyabrın 26-da keçirilən təsis qurultayı sadə bir partiya toplantısı deyildi. Qurultay salonunda azadlıq hərəkatının ruhu duyulurdu. Söz alan hər kəs bir ideyanı müdafiə edirdi: Azərbaycan yalnız həmrəyliklə möhkəmlənə bilər. O gün hər kəsin ətrafına toplaşdığı Xalq Hərkatının liderlərindən olan Sabir Rüstəmxanlının çıxışı, əslində, VHP-nin ideoloji xəttini müəyyənləşdirən məqam oldu: “Azərbaycan müstəqilliyini qorumaq istəyirsə, xalqı bir amal ətrafında toplamalıdır. Bu amal həmrəylikdir. Həmrəyliksiz nə istiqlal olar, nə də dövlətçilik”. Bu sözlər qurultayın ruhunu, partiyanın gələcək yolunu ifadə edirdi.
Təsis qurultayında iştirak edənlər arasında Milli Azadlıq Hərəkatının tanınmış simaları da vardı. Həmin gün çıxışlarda hər kəs vurğulayırdı ki, VHP təsis olunmaqla yalnız bir partiya deyil, müstəqilliyin ideoloji dayağı formalaşır. VHP gələcək nəsillərə bir məktəb- həmrəylik məktəbi qoyur.
Məhəmməd Əmin Rəsulzadənin irəli sürdüyü milli təsanüd (milli həmrəylik) nəzəriyyəsini davam və inkişaf etdirərək Vətəndaş Həmrəyliyinə çevirməklə VHP çağdaş dünyamızda vətəndaşlıq amilinin və vətəndaş cəmiyyəti quruculuğunun ölkənin mövcudluğu və inkişafı baxımından önəmini irəli çəkdi. Qurultayın sonunda qəbul edilən sənədlərdə Azərbaycanın milli müstəqilliyinə, dövlətçiliyin möhkəmlənməsinə, insan hüquq və azadlıqlarının qorunmasına sadiqlik xüsusi vurğulandı. Ən önəmlisi isə partiyanın əsas ideyası elan edildi: Vətəndaş Həmrəyliyi. Bu, yalnız siyasi taktika deyil, xalqın tarixi yaddaşından gələn bir fəlsəfə idi.
Sonrakı illərdə partiyanın üzvləri müxtəlif təzyiqlərə, çətinliklərə baxmayaraq, bu ideyanı yaşatmaq üçün mübarizə apardılar. Parlamentdə, mətbuat səhifələrində, xalqın içində hər zaman istiqlalın, azadlığın, həmrəyliyin müdafiəsinə qalxdılar. 33 illik yol göstərdi ki, təsis qurultayında deyilən fikirlər bu gün də öz aktuallığını saxlayır.
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasında birləşən hər bir üzv və tərəfdar üçün 1992-ci ilin o tarixi qurultayının ab-havası yenidən yaşanır. Çünki həmin günün ideyaları bu gün də yaşayır: Azərbaycan yalnız həmrəyliklə mövcud olacaq, istiqlal yalnız həmrəyliklə qorunacaq, gələcək yalnız həmrəyliklə qurulacaq.
Otuz üç il göstərdi ki, VHP sadəcə siyasi bir təşkilat deyil, xalqın yaddaşında milli həmrəylik məktəbi, istiqlalın ideoloji dayaq nöqtəsidir. Bu yubiley yalnız partiyanın deyil, bütün Azərbaycan xalqının bayramıdır. Çünki VHP-nin tarixi - xalqın azadlıq tarixi, gələcək inamı ilə yoğrulmuş tarixdir.
Vətəndaş Həmrəyliyi Partiyasının bu günə qədər 10 qurultayı keçirilib. Hazırda partiyanın respublikanın 84 bölgə (şəhər və rayon) və 1 muxtar respublika təşkilatı fəaliyyət göstərir. Bu gün ölkədə baş verən siyasi proseslər və partiyaların bəyan etdiyi ideoloji sistem bir daha sübut edir ki, VHP-nin 33 il əvvəl irəli sürdüyü ideologiya nə qədər doğru və müasir olub. Siyasi leksikonumuza “Vətəndaş Həmrəyliyi” ifadəsini məhz bu partiya gətirmişdir və bu anlayış bu gün də siyasi düşüncənin ayrılmaz hissəsidir. Bu gün VHP-nin 84 bölgə təşkilatında iyirmi minə yaxın üzvü vardır. Partiya sıralarında və rəhbərliyində ölkə vətəndaşı olan bütün etnik və azsaylı xalqların nümayəndələri təmsil olunurlar. Partiyanın əsas nüvəsini isə gənclər təşkil edir. Təsis olunduğu ildən parlamentdə təmsil olunan VHP hazırda demokratik qüvvələr düşərgəsində ön sırada dayanan partiyalardandır. Azərbaycanın iqtisadi yüksəlişi, insan haqlarına, söz azadlığına dəyər verilən demokratik bir cəmiyyətin qurulması VHP-nin əsas hədəfi olaraq qalır.
Partiyanın illər öncə təsis qurultayında irəli sürdüyü şüar bu gün də Azərbaycan siyasi mühitində öz əhəmiyyətini saxlayır:
“Nicatımız – Vətəndaş Həmrəyliyindədir!”
Samir Əsədli,
VHP Mərkəzi İcra Aparatının rəhbəri
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol