
ABŞ-dən İrana 10 milyardlıq jest: Tehran HƏMAS-ı satdı?
13:23 16.11.2023
Siyasət
709
ABŞ İranlı bağlı hər kəsi heyrətləndirəcək qərar qəbul etmək niyyətindədir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ hökuməti mövqeyini qəfil dəyişərək İranın bloklaşdırılmış 10 milyard dollarlıq aktivlərinə “azadlıq” verməyi düşünür.
Ekspertlər iddia edirlər ki, ABŞ bu addımı İranın Qəzza ilə bağlı mövqeyindən sonra atır. Belə ki, iki ölkənin gizli razılaşması olduğu bildirilir. İran ABŞ-a söz verib ki, Qəzza məsələsində hər hansı bir əməli addım atmayacaq, ancaq bəyanatlarla kifayətlənəcək. Yəni İran İsrailin Qəzzadakı əməliyyatına “yaşıl işıq” yandırıb. Bunun müqabilində isə ABŞ İranın 10 milyardlıq aktivlərinə “azadlıq” verməyi öhdəsinə götürüb.
Məşhur tarixçi və politoloq Umut Güner bu məsələyə belə münasibət bildirib: "Bayram deyil, əlamətdar gün deyil, İran Qəzza davasında nəyi satdı görəsən?"
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib ki, bu ehtimalı doğru hesab etmir:

"Qəzza zolağı 10 milyarddan daha bahalıdır. İran hakimiyyəti 10 milyard dollara öz marağını satmaz. HƏMAS İranın İsrailə təsir edə biləcək ən böyük qüvvələrindən biridir. Ortaya sual çıxır ki, İran perspektivdə Hizbullah, Husi, eləcə də İraqda "Həşdi Şəbi", Fatimiyyun və Zeynəbiyyun kimi yaratdığı təşkilatları neçəyə sata bilər? Ola bilsin Tehran hakimiyyəti Qəzza zolağında HƏMAS-ın məğlubiyyətini görür və buna görə də belə bir şaiə yayırlar ki, İran Qəzzada HƏMAS-ı satdı. Yəni bu perspektivdə məğlubiyyətə don geyindirmək üçün ən optimal ehtimaldır. Onsuz da ABŞ Cənubi Koreyadan 6 milyard, İraqdan 2 milyard 760 milyon dollarlıq İranın bank hesalarına qoyduğu sanksiyaları götürübdür. Yəni ABŞ İrana 10 milyard dollarlıq pul veribdir. Amma bunu Qəzza zolağına şamil etmək məntiqi deyil. Çünki pulu verdikdən və bank hesabları dondurulduqdan sonra İranda hicabla bağlı etiraz aksiyalarını Tehran hakimiyyəti yatızdırmağa müyəssər oldu. Qəzza zolağında İran hakimiyyəti məğlubiyyətə uğrayır. Eyni zamanda açıq şəkildə bəyan edilir ki, Tehran hakimiyyəti HƏMAS-ı Qəzza zolağındakı müharibədə müdafiə etmir. Bunun üçün isə bəhanə olaraq İranın əməliyyatın başlanma tarixindən məlumatsız olduğu göstərilir. Amma HƏMAS-ın əsas sponsoru və havadarının Tehran rejimi olduğu heç kimə sirr deyil. İranın HƏMAS-ı 10 milyard dollara satması perspektivdə Tehran rejiminə olan etimadın itməsinə səbəb ola bilər. Həmçinin, Tehran hakimiyyətinin beynəlxalq aləmdə və tərəfdarları arasında etibarı qalmaz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq