
ABŞ, əslində, Avropada Rusiyaya qarşı geoiqtisadi balans yaradır - ŞƏRH
ABŞ, əslində, Avropada Rusiyaya qarşı geoiqtisadi balans yaradır - ŞƏRH
Yusif Nəzərli
03:10 28.02.2025
Siyasət
384
Minerallar sövdələşməsi Tramp administrasiyasının böyük təzyiqi altında baş tutur
"Bu, Ukraynanın bərpası üçün investisiya fondunun yaradılmasını nəzərdə tutur, onu Ukrayna və ABŞ birgə idarə edəcək”. Baş nazirin sözlərinə görə, saziş birbaşa Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlıdır: "Müqavilənin preambulasında çox aydın şəkildə qeyd olunur ki, Amerika xalqının Ukrayna ilə birlikdə azad, suveren və təhlükəsiz dövlətə sərmayə qoymaq istəyi nəzərə alınmaqla, bu, sazişin başlanğıcıdır. Mən birbaşa mətndən sitat gətirirəm və bu, onun hansı məqsədlə bağlandığını anlamaqda bizim üçün vacibdir. Bu sazişin təhlükəsiz mahiyyəti ölkəmiz, hökumətimiz və prezidentimiz üçün bir nömrəli prioritetdir".
Razılaşmada Ukraynanın dünyanın üçüncü ən böyük nüvə arsenalından imtina edərək beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni vurğulayan Budapeşt Memorandumuna istinad var. Sənədin Ukrayna hökuməti tərəfindən nəzərdən keçiriləcəyi və nəhayət, Ukrayna və ABŞ prezidentləri arasında danışıqlar zamanı razılaşdırılacağı gözlənilir. Nadir torpaq metalları müqaviləsinə görə, Ukrayna və ABŞ Bərpa Fondunu bərabər şəkildə idarə edəcək. Müqavilə Ukraynanın NATO-ya qoşulmasına dəstək verilməsini və ya alternativ təminatların nəzərdən keçirilməsini ehtiva edərək, təhlükəsizlik arxitekturasının bir hissəsi kimi qəbul edilir. Fondun vəsaitləri Ukraynanın yenidən qurulması, iqtisadi inkişafı və təhlükəsizliyinə sərf olunacaq. Ukrayna Prezidenti V.Zelenski Kiyevin ABŞ ilə daha bir saziş imzalamağı planlaşdırdığını söyləyib. Prezident qeyd edib ki, növbəti saziş daha ciddi və çətin olacaq: "Mənim üçün vacib olan bizim borclu olmamağımızdır, sazişdə də nə 500, nə 350, nə də 100 milyard dollarlıq borc qeyd olunub. Bu, bizə qarşı ədalətsizlik olardı".

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov "Sherg.az"a açıqlamasında deyib ki, ABŞ ilə Ukrayna arasında imzalanacaq sənəd çərçivə sazişi olacaq. Ekspert vurğulayıb ki, Qərb informasiya məkanını təhlil edən zaman aydın olur ki, minerallarla bağlı razılaşmaya Ukraynanın təhlükəsizlik zəmanətləri daxil olmayıb. Bu informasiyaları da rəsmi mövqelər də dəstəkləyir:
"Zelenksi sənədə zəmanətlərlə bağlı ifadələrin daxil edilməsinin vacib olduğunu deyib. ABŞ Prezidenti Donald Tramp bu cür zəmanətlərin Ukraynanın qonşusu olan Avropa tərəfindən verilməli olduğu mövqeyini təkrarlayıb. Proses ümumilikdə ABŞ-nin strateji doktrinasını, o cümlədən geoiqtisadi maraqlarını irəlilətmək baxımından qiymətli, Ukraynanın ərazi bütövlüyü və suverenliyini prizmasından isə mübahisəlidir. Çünki çərçivə sazişi ümumi prinsipləri əks etdirəcək. Digər detalların razılaşdırılması ABŞ-nin Rusiya və Ukrayna arasındakı diplomatik-siyasi trafiklərinin nəticələrindən asılı olacaq. Bu kontekstdə çərçivə sazişinin pozulmağa qarşı həssaslığı önə çıxır. Donald Tramp müqavilənin bağlanması ərəfəsində Rusiya ilə Ukrayna arasında atəşkəsə eyhamlar vurur. Tramp Rusiya Prezidenti Vladimir Putinin bunun baş verməsi üçün “güzəştlərə” getməli olacağını təklif edir. Rusiyanın güzəştləri müəyyən ərazilərdən geri çəkilməyi əhatə etsə də, bu, Moskvanın Ukrayna qarşısındakı tələblərini yumşaltmayacaq. Bu fonda Trampın “Ukrayna NATO-nu unutsun” deməsi Ağ Evin Kremlin maraqlarını nəzərə aldığını aydın şəkildə göstərir".
Analitikin sözlərinə görə, minerallar sövdələşməsi Tramp administrasiyasının böyük təzyiqi altında baş tutur:
"ABŞ, əslində, Avropada Rusiyaya qarşı geoiqtisadi balans yaradır. ABŞ-nin xarici siyasət doktrinasında təbii sərvətlərlə zəngin ərazilərə nəzarət mexanizmi daha çox prioritetdir, nəinki Ukraynanın suverenliyini qorumaq. Rusiya Ukrayna ərazilərində yaratdığı təsir zonasında ABŞ ilə işləməyi zəruri hesab edir. Bu, indiki şəraitdə Rusiya iqtisadiyyatının canlanmasına və Kremlin geosiyasi vektorunu genişləndirməsinə fürsətlər tanıyır. Amma Rusiya ABŞ qarşısında güclü bənd sayıla bilməz. Tramp administrasiyası ilə Kreml arasındakı danışıqlar sadəcə olaraq ABŞ ilə Rusiyanın rəqabət zonasını “qarşılıqlı hörmət əsasında” cilovlamağa hesablanmış taktikadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Szinpin Takaiçini tənqid etdi, Tramp isə...
05:25 25.05.2026
Dünya
Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilir
03:23 25.05.2026
Dünya
Türkan Şorayın qızı saxlanıldı!
02:52 25.05.2026
Şou
"Real"ın ulduzu hamını geridə qoydu
02:18 25.05.2026
Futbol
Albaniya XİN Kiyevə zərbədən sonra Rusiya səfirini çağırdı
00:43 25.05.2026
Dünya
Füzuli sakinini ildırım vuraraq öldürüb
00:22 25.05.2026
Hadisə
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
00:00 25.05.2026
Dünya
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
23:38 24.05.2026
Cəmiyyət
NASA “Mars”ın nadir görüntülərini yayımladı
23:16 24.05.2026
Maraqlı
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya