
ABŞ-nin yeni hərbi əməliyyatlara başlaması gözlənilir -ŞƏRH
Yusif Nəzərli
03:38 19.12.2023
Siyasət
447
Qarşıdakı üç il ərzində Yaxın Şərqdə hərbi qarşıdurmalar genişlənəcək
İsrailin Baş naziri Benyamin Netaniyahu Təl-Əvivdə ABŞ-nin müdafiə naziri Lloyd Ostinlə görüşüb. Görüş ABŞ-nin Kiriya hərbi bazasında reallaşıb. Tərəflər əsasən Qəzza zolağında hərbi əməliyyatların gedişini müzakirə edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə amerikalı həmkarı C.Baydenlə Qəzza məsələsini müzakirə edib. Ərdoğanın sözlərinə görə, Qəzzada baş verən hadisələrdə 18 mindən çox uşaq, qadın və qoca həyatını itirib, məktəblər, məscidlər, eləcə də kilsələr dağıdılıb. Türkiyə lideri bildirib ki, ABŞ Qəzza zolağına müdaxilə etməlidir.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, ABŞ Yaxın Şərqdə yeni hərbi əməliyyatlara başlaya bilər. Onun sözlərinə görə, Yaxın Şərqdə ABŞ yeni siyasi nizam yaradır:
"Məhz Qəzzada İsrailin HƏMAS-a qarşı əməliyyatının davam etdirilməsi Vaşinqtonun strateji planıdır. Vaşinqton Yaxın Şərqi HƏMAS, "Hizbullah" və "Husilər"dən təmizləmək istiqamətində hərbi əməliyyatları planlaşdırırdı. Birinci olaraq hərbi əməliyyatlar Qəzza zolağında HƏMAS-dan başlanıldı. Ötən gün ABŞ Yəməndə "Husilər"ə qarşı hərbi əməliyyatlar keçirəcəyini bəyan etdi. Artıq İsraildə Livanda "Hizbullah"a qarşı quru əməliyyatlar keçirəcəyini vurğulayıb. ABŞ HƏMAS-a qarşı müharibə başlayandan regiona Təyyarə daşıyan gəmilər, silahlı birliklər göndərməsi əməliyyat coğrafiyasinı genişləndirəcəyindən xəbər verirdi".

Analitikin fikrincə, Vaşinqtonun əsas strateji hədəfi Yaxın Şərqi tam nəzarəti altına almaq, HƏMAS, "Hizbullah" və "Husilər"i sıradan çıxarmaqla Hindistandan başlayan "Baharat" dəhlizinin təhlükəsizliyini təmin etməkdir:
"ABŞ İranla gizli danışıqlar apararaq regionda proksi qüvvələrə dəstəyini çəkməsini tələb edirdi. Amma, İran bu tələbi rədd etdi. ABŞ-nin yeni hərbi əməliyyatlara başlaması gözlənilir. Əgər, Hizbullahla İsrailin müharibəsi genişlənərsə, ABŞ bu təşkilata qarşı hərbi əməliyyatlara başlaya bilər. Qarşıdakı üç il ərzində Yaxın Şərqdə hərbi qarşıdurmalar genişlənəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi