ABŞ və İsrail prezidentləri arasında müzakirə
Yusif Nəzərli
06:09 19.07.2023
Siyasət
425
ABŞ Prezidenti Cozef Bayden israilli həmkarı İsxak Hersoqla görüşündə İran və Rusiyanı müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.
Onlar qarşılıqlı maraq doğuran əsas məsələlər, o cümlədən İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün koordinasiyanın artırılması və İranın Rusiya ilə artan müdafiə tərəfdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd olunub ki, Bayden “İsrail-Fələstin münaqişəsinin iki dövlətin birgə yaşaması əsasında danışıqlar yolu ilə həlli yolunun qorunub saxlanmasına”, eləcə də “israillilərə və fələstinlilərə bərabər azadlıq, firavanlıq və təhlükəsizlik şəraitinin təmin edilməsinə sadiqliyini” təsdiqləyib.
“Prezident İordan çayının qərb sahilində təhlükəsizlik və iqtisadi vəziyyətin yaxşılaşdırılması və terror hücumlarının qarşısının alınması üçün əlavə tədbirlərin görülməsinin vacibliyini vurğulayıb”, - Ağ ev qeyd edib.
Liderlər həmçinin iqlim dəyişikliyi, pandemiya və ərzaq təhlükəsizliyi kimi ümumi qlobal problemlərin öhdəsindən gəlmək üçün texnoloji həllərin işlənib hazırlanması üzrə davam edən əməkdaşlığı müzakirə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual