
Afrika ölkələri ilə münasibətlərin sıxlaşdırılması İlham Əliyevin uzaqgörən siyasətinin təzahürüdür -ANALİZ
10:35 12.02.2025
Siyasət
650
Azərbaycan ilə Somali arasında diplomatik əlaqələr 2004-cü ilin martında qurulub və son illərdə bu münasibətlər sürətlə inkişaf edir. Hər iki ölkə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatının üzvü olaraq qarşılıqlı hörmət və dəstək prinsiplərinə əsaslanan əməkdaşlıq əlaqələrini genişləndirir. Somali Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyən ölkələrdən biri olub və bu, iki ölkə arasında siyasi təmasların möhkəmlənməsində mühüm rol oynayır. Kənd təsərrüfatı, enerji, balıqçılıq, logistika və təhsil sahələrində əməkdaşlıq potensialı mövcuddur və bu istiqamətlərdə təcrübə mübadiləsi prioritet sayılır. Somali-Türkiyə münasibətlərinin inkişafı da Azərbaycanın maraqlarına uyğun şəkildə formalaşır və tərəflər arasında əməkdaşlığı daha da dərinləşdirir. Azərbaycan Fransa və digər ölkələrin müstəmləkə siyasətinə qarşı mübarizə aparan və Afrika dövlətlərinə dəstək verən azsaylı ölkələrdən biridir. Xüsusilə Azərbaycanın beynəlxalq platformalarda müstəmləkəçilik siyasətinə qarşı açıq mövqe nümayiş etdirməsi Afrikada müsbət qarşılanır. Azərbaycan Afrika dövlətlərinin siyasi və iqtisadi müstəqillik yolunda apardığı mübarizəyə həm diplomatik, həm də humanitar dəstək göstərir. SSRİ-nin dağılmasından sonra Azərbaycanın qısa müddətdə əldə etdiyi nailiyyətlər Afrika ölkələri üçün maraqlı nümunə ola bilər. Neft gəlirlərinin düzgün idarə olunması, infrastrukturun inkişafı, iqtisadi şaxələndirmə və beynəlxalq əməkdaşlıq siyasəti Azərbaycanın uğurlu inkişaf modelini formalaşdırıb. Bir sözlə, Azərbaycan və Afrika ölkələri arasında münasibətlər sürətlə inkişaf edir. Somali Prezidenti Hasan Şeyx Mahmudun fevralın 11-12-də Azərbaycana rəsmi səfər etməsi bu əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir.
Siyasi şərhçi Tural İrfan “Sherg.az”a bildirib ki, Azərbaycanın Afrika ölkələri ilə təmasları, əlaqələrinin inkişafı müsbət qiymətləndirilməlidir:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Somali Prezidenti ilə görüşü və hər iki tərəfin dövlət rəsmilərinin bir sıra əməkdaşlıq sazişlərini mübadiləsi hər iki dövlət üçün əhəmiyyətlidir. Həmin dövlətlərin Azərbaycana maraq göstərməsi ölkəmizin dünya arenasında, həmçinin Afrika ölkələrində də etibarlı tərəfdaş və güclü ölkə kimi özünü sübut etməsinin nəticəsidir. Enerji və başqa sahələrdə qarşılıqlı razılaşma və mübadilələr gələcəkdə Somalini ölkəmizə daha da yaxınlaşdıracaq”.
Ekspert qeyd edib ki, iqtisadi maraqlardan əlavə siyasi müstəvidə də bu kimi yaxınlaşmalar Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir:
“Uzun illər Azərbaycana qarşı qərəzli və subyektiv mövqe tutmuş Fransa Afrika ölkələrini istismar edib, sümürüb və xalqını qarşı ağır cinayətlər törədib. Somalinin son dövrlərdə ağır iqtisadi çətinliklərlə qarşılaması bəzi Qərb ölkələrinin vaxtilə Afrikanı sümürməsi, müstəmləkə siyasəti yürütməsi olmuşdur. Ancaq artıq onlar həmin istismarçı dövlətlərdən üz çevirib Türkiyə, Azərbaycan kimi etibarlı və güclü dövlətlərə üz tuturlar. Getdikcə də bu əlaqələr dərinləşəcək və münasibətlərin inkişafı həm həmin ölkələr, həm də Azərbaycan üçün faydalı nəticələrə gətirib çıxaracaqdır. Somali Azərbaycanı dəstəkləyir və ölkəmizlə davamlı əlaqələrin inkişafında maraqlıdır. Kasıb ölkə olsa da tanınmış və dünyanın diqqətində olan Afrika ölkəsi kimi müxtəlif sahələrdə özünə maraq kəsb edən dövlətdir. Ümumiyyətlə Azərbaycanın Afrika ölkələri ilə münasibətlərinin sıxlaşdırılması dövlət başçısı İlham Əliyevin dərin, uzaqgörən və müdirik xarici siyasətinin təzahürüdür. Biz bu münasibətlərin faydasını, böyük dəyərini zaman keçdikcə görəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya
Fransada etiraz aksiyaları qadağan ediləcək
15:17 22.10.2026
Dünya
Brüsseldə mühüm danışıqlar: Azərbaycan Avropadan nə gözləyir?
15:11 22.10.2026
Gündəm
Güzgüdəki mən niyə özünüzdən fərqli görünür?
14:45 22.10.2026
Sağlamlıq
Yeddi ölkənin xarici işlər naziri İrana görə Türkiyədə toplanır
14:37 22.10.2026
Dünya
Şamonda virusundan ilk insan ölümü qeydə alındı
14:35 22.10.2026
Dünya
Yeni müharibənin anonsu verildi - Ordu İrana yaxınlaşır
14:06 22.10.2026
Gündəm
Türkiyə-Azərbaycan münasibətləri öz gücünü qoruyur -ŞƏRH
13:59 22.10.2026
Siyasət
“Walla”: İranla müharibə ehtimalı artır
13:28 22.10.2026
Dünya
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
13:26 22.10.2026
Dünya