
Ağ Evin siyasi gedişləri ikili münasibətlərin gərginləşməsinə şərait yaradır-Politoloq
14:23 16.11.2023
Siyasət
649
ABŞ Konqresi ikinci dəfə Ermənistan-Azərbaycan münasibətləri və Qarabağla bağlı “dinləmələr” keçirib. Bu dinləmələrdə Azərbaycana heç bir dəstək göstərilməyəcəyi barəsində açıqlamalar yer alıb. ABŞ-ın vaxtilə Qarabağdakı separatçılara minatəmizləmə adı altında ildə 10 milyon dollar vəsait ayırması, separatçıların ABŞ-da yardım kampaniyaları keçirib pul yığmalarına şərait yaradılması, rejimin bu ölkədə nümayəndəliyinin fəaliyyətinə göz yumulması kimi ikiüzlü siyasətləridə hər kəsə məlumdur.
Mövzu ilə bağlı "Sherg.az"a danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov bildirib ki, ABŞ-ın son davranışları heç də Azərbaycanla müttəfiqlik addımlarına uyğun gəlmir:

“Onların bu siyasi gedişləri ikili münasibətlərin daha da gərginləşməsinə şərait yaradır. Nəzərə almaq lazımdır ki, ABŞ üçün Azərbaycanın strateji əhəmiyyəti böyükdür. Amma niyəsə ABŞ-ın bəzi dairələri özlərinin siyasi ambisiyaları xatirinə tərəflər arasında münasibətlərin pozulması yönündə işlər görürlər”.
Politoloq Azərbaycan əraziləri işğal altında olduğu 30 il müddətində də rəsmi Vaşiqtonun Qarabağdakı separatçılara maliyyə dəstəyi göstərdiyini vurğulayıb:
“Buna guya minatəmizləmə üçün edilən yardım kimi bəhanələrlə haqq qazandırmağa çalışırdılar. Lakin sözü gedən pullar sırf Qarabağdakı separatçı rejimin saxlanması üçün ayrılırdı. Bundan başqa da yardımlar olub. Bu nə birinci nədə sonuncu haldır. Azərbaycan 2020-ci ildə öz ərazilərini işğaldan azad etdikdən sonra artıq proseslər tam şəkildə dəyişdi”.
S.Hümbətov Azərbaycanın ABŞ-ın heç bir köməyinə ehtiyacı olmadığını dilə gətirib:
“Bu gün Azərbaycan özü başqa ölkələrə yardım göstərən dövlətə çevrilib. Dünyada hansı ölkə əhalisinin humanitar yardıma ehtiyacı yaranarsa, Azərbaycanın ora mütləq şəkildə dəstəyinə şahidlik edirik. Ölkənin maliyyə imkanları kifayət qədər çoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq