Aİ səfiri: Gürcüstanla əlaqələr hazırda ən aşağı səviyyədədir
Yusif Nəzərli
14:37 28.02.2025
Siyasət
396
Aİ-Gürcüstan əlaqələri hazırda ən aşağı səviyyədədir.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski deyib.
O, Gürcüstanda islahatların həyata keçirilmədiyini və Gürcüstanı Aİ-dən uzaqlaşdıran addımların atıldığını qeyd edib.
“Aİ-Gürcüstan münasibətlərinə gəldikdə, biz hazırda ən aşağı nöqtədəyik. Yüksək səviyyəli səfərlər yoxdur. Biz hökumətə maliyyə yardımını dayandırmışıq və diplomatik pasport sahibləri üçün viza məhdudiyyətləri tətbiq edirik. Hökumət üçün nəzərdə tutulan maliyyə vəsaitini vətəndaş cəmiyyəti və müstəqil medianın dəstəklənməsinə yönəldəcəyik”, - səfir deyib.
Səfir qeyd edib ki, Gürcüstana 2023-cü ildə namizəd statusu islahatların həyata keçirilməsi şərti ilə verilib, lakin hazırda heç bir islahat aparılmır.
“Aİ olaraq biz islahatların həyata keçirilməsi şərti ilə 2023-cü ilin dekabrında Gürcüstana qapı açdıq. Gördüyümüz kimi, bu islahatların əksəriyyəti həyata keçirilmir. Əksinə, Gürcüstanı Aİ-yə yaxınlaşdıran yox, daha da uzaqlaşdıran addımlar atılıb. Bu, əlbəttə ki, çox təəssüf doğurur, lakin Gürcüstanla bağlı indiki vəziyyət belədir”, - Herçinski bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilir
03:23 25.05.2026
Dünya
Türkan Şorayın qızı saxlanıldı!
02:52 25.05.2026
Şou
"Real"ın ulduzu hamını geridə qoydu
02:18 25.05.2026
Futbol
Albaniya XİN Kiyevə zərbədən sonra Rusiya səfirini çağırdı
00:43 25.05.2026
Dünya
Füzuli sakinini ildırım vuraraq öldürüb
00:22 25.05.2026
Hadisə
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
00:00 25.05.2026
Dünya
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
23:38 24.05.2026
Cəmiyyət
NASA “Mars”ın nadir görüntülərini yayımladı
23:16 24.05.2026
Maraqlı
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region