
"Aksiyalar effektli olmayacaq"
Yusif Nəzərli
01:30 19.04.2022
Siyasət
937
Tural İsmayılov: "Erməni xalqı Vanetsyana və onu gizli şəkildə dəstəkləyən Sarkisyan-Koçaryan cütlüyünə yaxşı bələddir"
"Etiraz aksiyalarının əsas qayəsi Paşinyanı devirməkdir"
Ermənistan müxalifəti müddətsiz etiraz aksiyası elan edib. Bu barədə İrəvanın Azadlıq meydanındakı mitinqdə çıxış edən müxalifət lideri Artur Vanetsyan bildirib. Məlumat üçün bildirək ki, axşam saatlarında polis etirazçıların çadır qurmaq cəhdinin qarşısını alıb və onlarla etirazçını saxlayıb. Bundan sonra Vanetsyan hakimiyyətin çadırların qurulmasına icazə verib-verməməsindən asılı olmayaraq, meydanı tərk etməyəcəyini bəyan edib. Vanetsyan aksiyada “Mən buradan heç yerə getmirəm”, “qeyri-müəyyən etirazlara başlayırıq” kimi şüarlar səsləndirib.
Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyini bildirib. “Şərəfim var” fraksiyasının lideri və Ermənistan Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru Artur Vanetsyan bunun üçün “yol xəritəsi”nin tərtib olunacağını bildirib. Vanetsyanın əsas tələbi Baş nazir Nikol Paşinyanın Azərbaycanla danışıqlarına mane olmaq, sülh sazişinin bağlanmasını rədd etməkdir.
O hesab edir ki, bütün bunlar Qarabağın birdəfəlik itirilməsi deməkdir. Ona görə müxalif lider hamını küçəyə çıxmağa, Paşinyana etiraz etməyə səsləyir. Xatırladaq ki, Nikol Paşinyanın parlamentdəki çıxışından sonra da “Ermənistan” və “Şərəfim var” fraksiyaları mitinq keçirmişdilər. Mitinqdə 10 min adamın iştirak edəcəyi bəyan olunsa da, aksiya təşkilatçıları buna nail ola bilmədilər. İndiki aksiyanın da xalq tərəfindən ciddi dəstək alacağı inandırıcı görünmür. Ermənistanda azsaylı aqressiv millətçi kütlə olsa da, bütövlükdə erməni cəmiyyətini nə “Miatsum”, nə də “Artsax” şüarı ilə küçəyə çıxarmaq mümkün deyil.

Ermənistandakı etirazlarla bağlı “Şərq”ə danışan siyasi icmalçı Tural İsmayılov deyib ki, Artur Vanetsyanın rəhbərlik etdiyi “Şərəfim var” və Robert Koçaryanın “Hayastan” bloku müxtəlif dövrlərdə Baş nazir Nikol Paşinyana qarşı koordinasiyalı fəaliyyət göstəriblər. Ekspertin fikrincə, etiraz aksiyalarının əsas qayəsi Paşinyanı devirməkdir:
“Növbədənkənar parlament seçkisindən əvvəl də Ermənistan müxalifəti aksiyalar keçirirdi. Erməni xalqı pislə, daha pis arasında seçim edərək Paşinyana səs vermişdi. İndiki mərhələdə bu tip aksiyalar Ermənistan-Azərbaycan arasında başlanmış sülh danışıqları və Türkiyə ilə münasibətlərin normallaşması prosesinə təsadüf edir. Burada əsas hədəf müzakirələri sabotaj etməkdir.
Aksiyalar effektli olmayacaq. Erməni xalqı Vanetsyana və onu gizli şəkildə dəstəkləyən Sarkisyan-Koçaryan cütlüyünə yaxşı bələddir. İctimaiyyət aksiyaların nəyə xidmət etdiyini anlayır. Burada üçüncü qüvvələrin iştirakı da açıq-aşkar hiss olunur.
İrəvan-Bakı münasibətlərinin normallaşmasını arzulamayan xarici güclər erməni müxalifətindən yararlanaraq prosesi pozmağa cəhd göstərirlər. Lakin aksiyaların nəticə verəcəyini düşünmürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual