Amerikalı diplomat: “Azərbaycan XİN haqlıdır”
10:35 17.11.2023
Siyasət
398
“ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynın Azərbaycanın daha aqressiv siyasət yürütdüyünü söyləməsi üzücüdür və bu, Azərbaycan Xarici İşlər Nazirliyinin etirazına layiqdir”.
Bunu “Report”a açıqlamasında Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza deyib.
“Azərbaycan Xarici İşlər Nazirliyinin bu bəyanatlardan niyə narahat olduğunu tam başa düşürəm. Azərbaycan Ermənistan ərazisinə qarşı hərbi güc tətbiq etmək niyyətində deyil, bunlar mahiyyət etibarı ilə tam saxta ittihamlardır. Qarabağ məsələsi üzərində işlədiyim bütün illər ərzində Azərbaycanın Ermənistanın heç bir ərazisinə hücum etmək və ya ələ keçirmək arzusunun olmadığını, hətta Qarabağda ermənilərlə azərbaycanlıların birgə yaşamasını səmimiyyətlə istədiyini görmüşəm”, - deyə keçmiş səfir əlavə edib.
Metyu Brayzanın sözlərinə görə, O'Brayen, əslində, bu bəyanatları ilə ABŞ Konqresində erməni diasporu, Amerika Erməni Milli Komitəsindən (ANCA) gələn, yalandan ibarət olan, həqiqətləri təhrif edərək Azərbaycanın hərbi güc tətbiq etmək niyyətində olduğunu iddia edən güclü təzyiqlərə reaksiya verib: “Yadınızdadırsa, ABŞ dövlət katibi Antoni Blinkenin guya Azərbaycana hərbi gücdən istifadə etməməsi barədə xəbərdar etdiyinə dair yalan məlumat yayılmışdı. Daha sonra Blinken bunun həqiqəti əks etdirmədiyini bildirdi. Ancaq görünür ANCA təzyiqini davam etdirir.
ABŞ Azərbaycanın sülhə nail olmasını istəyir. Amerika Birləşmiş Ştatları bilir ki, Azərbaycanın məqsədi sülh müqaviləsidir, bu, Ermənistanın Baş naziri Nikol Paşinyan üçün də eynidir. Ancaq Paşinyanın ANCA kimi rəqibləri sülh müqaviləsinə doğru irəliləyişə mane olmağa çalışırlar, çünki onlar münaqişənin davam etməsini istəyirlər”.
Müsahibimiz Vaşinqton görüşü məsələsinə də diqqət çəkib, bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş Vaşinqtonda baş tutsa, daha yaxşı olar: “Fikrimcə, Əliyev və Paşinyan iki ölkə arasında sülh müqaviləsinə doğru irəlilədikcə, ABŞ-nin Azərbaycanla münasibətləri nəinki normallaşacaq, həm də kifayət qədər möhkəmlənəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq