
Amerikanın fikirləri ritorik xarakter daşıyır-Analitik
11:20 21.11.2023
Siyasət
367
“Ermənistan və Azərbaycanın birbaşa olaraq regionun xeyrinə olan problemləri müzakirə edərək həll etməsi vacibdir”.
“Report”un ABŞ bürosu xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında deyib.
“ABŞ Dövlət Departamenti hesab edir ki, hər iki ölkənin davamlı razılaşma əldə etməsi üçün birbaşa danışıqlar aparması vacibdir. Deyim ki, biz razılaşmanın əldə olunması üçün hər iki ölkənin rəhbərliyini cəlb etməyə davam edirik və bölgədə qalıcı, davamlı sülhə kömək etməyi təklif edirik.
Biz digər ölkələrin bu danışıqları asanlaşdırmaq üçün təkliflərini görürük. Hesab edirik ki, iki ölkənin davamlı razılaşma əldə etmək üçün üz-üzə danışması vacibdir”.
Mövzu ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Amerikanın Cənubi Qafqazda olan mövqeyi Rusiyaya qarşıdır:
"Vaşinqton əvvəlcədən Ermənistan və Azərbaycan arasında danışıqların ikitərəfli formatda həyata keçirilməsinin tərəfdarıdır. Yəni, prosesdə üçüncü tərəfin iştirakını qəbul etmirlər. Təbii ki, ABŞ-nin özü prosesə yaxından qatılmaq istəyir. Amma məsələlərə Qərbdən üçüncü tərəflərin vasitəçilik etməsi Rusiyanın da bura qoşulmaq istəyini artırır. Hətta bir müddət öncə ABŞ regionun üç ölkəsindən biri olan Gürcüstanda danışıq proseslərin aparılmasını dəstəkləyirdi. Eyni zamanda Amerika Zəngəzur dəhlizinin 10 noyabr razılaşmasının 9-cu bəndinə uyğun prinsipdə açılmasını dəstəkləmir. Bu isə Naxçıvana maneəsiz keçidin verilməsi məsələsini arxa plana atır. Əgər Rusiya prosesdə vasitəçi kimi iştirak etmirsə, bu danışıqların 10 noyabr razılaşmasına uyğun aparılmayacağı deməkdir. Burada bir neçə hədəf var. Yekun məqsəd isə Şimal qonşumuzun bölgədəki təsir imkanlarını zəiflətməkdir".

A.Nərimanlı qeyd edib ki, Cənubi Qafqazda bu cür geosiyasi mübarizə olmasa idi, Amerika bölgədə sülhə maraqlı olardı:
" Amma son hadisələr göstərir ki, burada sülh adı altında siyasi maraqların mübarizəsi gedir. Amerika Cənubi Qafqazda Ermənistan üzərindən möhkəmlənməyə çalışır. Lakin Azərbaycan və Ermənistan arasında sülh imzalanmadığı təqdirdə, Nikol Paşinyan hakimiyyəti vasitəsilə bölgədə hansısa fəaliyyət həyata keçirməyin perspektivi yoxdur. Çünki ən önəmli məsələ kommunikasiyanın açılması və Ermənistanın Qərbə çıxışının baş tutmasıdır. Buna görə də rəsmi Bakı ilə münasibətlər yoluna qoyulmalıdır. Amerikanın təklif etdiyi ikitərəfli formatın əsas tərəfdaşı da əvvəldən Azərbaycan olub. Bununla bağlı Brüsseldə Avropa İttifaqının danışıqlarında müəyyən razılaşmalar əldə edildikdən sonra da ən çox təşəbbüslər Azərbaycan tərəfindən irəli sürülüb. Daha sonra isə Prezidenti İlham Əliyevin Gürcüstana səfəri zamanı Tiflisin vasitəçiliyi gündəmə gətirildi. Hazırkı vəziyyətdə isə Qərb platformasında aparılacaq danışıqlarda, əsasən, Ermənistanın maraqlarının ön plana çəkildiyi görünür. Bütün bunların fonunda Amerikanın səsləndirdiyi ikitərəfli format yaxşı variant kimi görünsə belə, əsas niyyətin bu olması şübhələr yaradır. Onlar, ikitərəfli razılaşmanı istəyirlərsə, öncə Ermənistanı prosesə cəlb etməlidirlər. Buna görə də Amerika tərəfindən bu cür fikirlər ritorik xarakter daşıyır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
19:34 24.04.2026
Şou
Aİ səfiri Gürcüstan XİN-ə çağırılacaq
19:19 24.04.2026
Cənubi Qafqaz
Kosta: Aİ İrana qarşı sanksiyaların ləğvi perspektivini görmür
19:11 24.04.2026
Dünya
ABŞ müdafiə naziri: Hərbçilərimiz Nobel Sülh Mükafatını almalıdır
19:03 24.04.2026
Dünya
Netanyahu prostat xərçənginə görə əməliyyat olundu
18:56 24.04.2026
Dünya