
Analitik: Qərb Ermənistana yardımları kəsə bilər
Yusif Sultanoğlu
07:40 15.11.2023
Siyasət
462
Paşinyanın Belarusda keçiriləcək KTMT-nin sammitinə qatılmaması bununla bağlıdır
“Gələcəkdə KTMT-nin taleyinin necə olacağı isə Rusiyanın Ukrayna müharibəsindən hansı itkilərlə çıxacağından asılıdır”
Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sessiyasında iştirak etməyəcək.
Bu barədə N.Paşinyan Belarus lideri Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı deyib. Onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabrın 23-də Belarusun paytaxtı Minskdə keçiriləcək sessiyasının təşkili ilə bağlı məsələləri müzakirə edib. Baş nazir N.Paşinyan Belarus prezidentinə sessiyada iştirak edə bilməyəcəyi barədə məlumat verib və KTMT tərəfdaşlarının bu qərarı anlayacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, Paşinyan bundan əvvəl MDB-nin Bişkek sammitinə də qatılmayıb.
Ümumiyyətlə, son 3 ildir ki, Ermənistan hakimiyyəti KTMT üzvü olaraq bu quruma sərgilədiyi münasibətlə Rusiyadan, onun qurduğu qurumdan ayrılmaq, qurtulmaq istəyini, hətta gələcəkdə Gümrüdə yerləşən və Rusiyaya məxsus 102-ci hərbi bazanı ölkədən çıxartmaq planını açıq şəkildə nümayiş etdirir.
Politoloqlar isə hesab edir ki, buna səbəb 44 günlük Vətən müharibəsində KTMT-nin Ermənistanın tələbindən imtina etməsidir.
Paşinyan tələb edirdi ki, KTMT qoşunları Azərbaycana hücum edib, məğlub edilmiş Ermənistanın qisasını onlardan alsın. İclasa ev sahibliyi edən Ermənistan baş nazirinin ciddi cəhdlərinə baxmayaraq, təşkilat üzvləri dəfələrlə Azərbaycanın haqlı mövqeyindən çıxış edərək iki ölkə arasındakı münasibətlərin sülh yolu ilə normallaşmasına tərəfdar olduqlarını bildiriblər.
Məlumat üçün bildirək ki, Kreml Ermənistanın Baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasına qatılmamasına münasibət bildirib. Globalinfo.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov buna görə təəssüf hissi keçirdiyini deyib: “Hər bir hökumət başçısının öz iş qrafiki ola bilər. Bu kimi görüşlər fikir mübadiləsi aparmaq, qeydləri müqayisə etmək üçün çox yaxşı fürsətdir”. O, Ermənistanın KTMT-dən çıxması ehtimalı sualına cavabında qeyd edib ki, təşkilat hələ də aktuallığını qoruyur.
Politoloq Vasif Əfəndi isə “Sherg.az”a açıqlamasında deyib ki, Nikol Paşinyan hökumətinin Rusiyanı qıcıqlandıran bəyanatlar verməsi Ermənistanın sürətlə Avropa İttifaqına yaxınlaşması ilə bağlıdır:

“Paşinyanın Avropa ailəsinə qoşulmaq istəyini əngəlləyən maneələrdən ən birincisi qonşu Azərbaycanla müharibə şəraitində yaşaması olub. Azərbaycanın noyabr 2020 və sentyabr 2023-cü illərdə hərbi-siyasi uğuru sanki Ermənistanın bu istiqamətdə fəaliyyətinin önünü açmış oldu. Dünyada təklənmiş Rusiya sürətlə müttəfiqlərini itirdiyi şəraitdə Paşinyan yürütdüyü sürüşkən siyasəti ilə Putinə müəyyən diskomfort yaratsa da, Ermənistanın Avrasiya İttifaqı və KTMT-ni yaxın gələcəkdə tərk edəcəyini güman etmirəm. Rusiyanın bölgədə qalması indiki halda Zəngəzur dəhlizinin Ermənistan üçün qarant rolu olacağı ehtimalını düşünərək bu qənaətə gəlirəm. Ermənistan dəhlizə BMT-nin nəzarəti altında beynəlxalq qüvvələrin yerləşdirilməsini istəsə də, Rusiyanın və hətta Azərbaycanın buna razı olacağına şübhə ilə yanaşıram. Paşinyanın bu ayın son həftəsində Belarusda keçiriləcəyi nəzərdə tutulan KTMT-nin sammitinə qatılmayacağı barədə məlumatı hazırkı durumda Qərbdən yardımların kəsilməməsi üçün atılmış addımdır. Gələcəkdə KTMT-nin taleyinin necə olacağı isə Rusiyanın Ukrayna müharibəsindən hansı itkilərlə çıxacağından asılıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm
Xocavənddə açıq ərazidə yanğın başlayıb
15:58 14.08.2026
Hadisə