Ankara Universitetinin professoru: “Türkiyə ilə Azərbaycanın ortaq hüquq normaları olmalıdır”
Yusif Nəzərli
23:24 13.01.2023
Siyasət
252
“Azərbaycan türkləri türk dünyasına fikir öndərliyi edən millətdir”.
Bunu “Report”un Ankara bürosuna açıqlamasında Ankara Universitetinin Hüquq Fakültəsinin müəllimi, professor Cavid Abdullahzadə bildirib.
Türk dünyasında 15-dən çox sahənin, o cümlədən hüquq sahəsinin ortaq fəaliyyətinin müzakirə olunması məsələsindən danışan alimin fikrincə, xüsusilə Türkiyə və Azərbaycanın ortaq hüququ olmalıdır: “Tibb və hərbi sahədə buna demək olar ki, nail olunub. Amma bunun üçün türk dövlətləri bir-birinin hüquq sistemini öyrənməlidir. Əlbəttə ki, bu da tələbə və müəllim mübadiləsi ilə mümkün ola bilər. 1990-cı illərdə Azərbaycandan Türkiyəyə təhsil almaq üçün ilk gələn tələbələrdən biri olmuşam. Hazırda Azərbaycanda Türkiyə təhsili almış 10-15 hakimimiz var. Lakin onlar məzun olduqdan sonra Azərbaycanda hakimlik imtahanından keçiblər. Məsələn, mən Türkiyə məzunu olaraq Azərbaycanda vəkillik fəaliyyəti ilə məşğul ola bilmirəm, çünki bunun üçün diplomum tanınmalı və digər buna oxşar prosedurlardan keçməliyəm. Beləliklə, Azərbaycan vətəndaşı olan və Türkiyədə təhsil almış şəxs Türkiyədə hakim, vəkil ola bilməz, yaxud əksinə. Amma bu problemləri aradan qaldırmaq mümkündür”.
Dünyanın hər yerində hüququn ümumi hissələrinin demək olar ki, eyni olduğunu, yalnız xüsusi hissələrinin fərqləndiyini vurğulayan professor türk dünyasında, həmçinin Türkiyə və Azərbaycanda ortaq türk dilinin formalaşmasının bu məsələyə əhəmiyyətli təsir edəcəyini düşünür: “Məsələn, cinayət hüququnun ümumi hissəsi Azərbaycanda da, Türkiyədə də eynidir. Odur ki, sadəcə ortaq hüquq dilimiz formalaşarsa, bu da aradan qalxacaq”.
Onun sözlərinə görə, hazırda Türkiyədə 25-dən çox erməni mətbuatı və ermənipərəsət media fəaliyyət göstərir.
C.Abdullahzadə Türkiyədə türk dilində daha çox Azərbaycan mediasının olmasını zəruri sayır: “Türkiyədə də, Azərbaycanda da belə bir fikir formalaşıb ki, biz qardaş dövlətlərik və ortaq dilimiz, dinimiz olduğuna görə, bizim qarşılıqlı olaraq təbliğatımıza ehtiyac yoxdur. Türkiyənin Azərbaycanda təbliğinə o qədər də ehtiyac duyulmaya bilər, çünki inkişaf etmiş bir dövlət Azərbaycandan görünür, tanınır. Amma Azərbaycanın Türkiyədə tanıdılmasına ciddi ehtiyac var. Bu, Türkiyədə mediamızın olması, həmçinin elm, təhsil, hüquq, mədəniyyət, incəsənət və bu kimi bir çox sahələrdə ortaq fəaliyyətlə mümkündür. Bu gün Türkiyə cəmiyyətində erməni ziyalıları, millət vəkilləri məhz ermənipərəst KİV-lər sayəsində kifayət qədər tanınırlar”.
O, Türkiyənin hüquqi dövlət olaraq formalaşmasında azərbaycanlı dövlət xadimi Əhməd Ağaoğlunun xidmətlərinin olduğunu da vurğulayıb: “Bir nüansa da toxunmaq istərdim. Hər il noyabrın 5-də Ankara Universitetinin yaradılmasının ildönümü qeyd olunur. Bu il mənə də çıxış etmək təklif olundu. Çıxışımda bildirdim ki, Türkiyə Cümhuriyyətinin quruluş fəlsəfəsinin təməlində Azərbaycanın maarifçilik fəlsəfəsi dayanır. 1925-ci ildə Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün təklifi ilə Ankara Universitetinin Hüquq Fakültəsində ilk dərsi azərbaycanlı hüquqşünas Əhməd Ağaoğlu keçib. Onun bu fakültənin qurulmasında çox böyük xidmətləri olub. Bu məqamda qeyd edim ki, Əhməd Ağaoğlu bu universitetdə 1930-cu ilədək Konstitusiya Hüququ fənni üzrə dərslər keçib. Üstəlik, azərbaycanlı dövlət xadimi Türkiyə parlamentində də dövlət quruculuğu ilə bağlı ən cəsarətli, məntiqli fikirlərin müəllifi olub. Bundan başqa, Türkiyədə məşhur “müasirləşmək, islamlaşmaq, türkləşmək” fikrini Ziya Göyalpdan qabaq Əli Bəy Hüsenzadə səsləndirib. Çıxışımda da qeyd etdim ki, bu fikir Azərbaycan bayrağında öz əksini tapıb. Azərbaycan türkləri 1915-ci illərdən indiyədək türk dünyasına fikir öndərliyi edən millətdir. Buna görə də Azərbaycan təkcə Türkiyədə deyil, bütün türk dünyasında təbliğ olunmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat