ASAP tərəfindən xarici ölkələrdə 20 Yanvar faciəsi ilə əlaqədar silsilə anım tədbirlər keçirilib - FOTO
ASAP tərəfindən xarici ölkələrdə 20 Yanvar faciəsi ilə əlaqədar silsilə anım tədbirlər keçirilib - FOTO
Yusif Nəzərli
11:21 21.01.2023
Siyasət
411
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) tərəfindən Türkiyə, Almaniya, Polşa və Macarıstanda 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş silsilə anım günü tədbirləri keçirilib.
Tədbirlərdə 20 Yanvar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Türkiyənin Yalova şəhərinin mərkəzi meydanında bu şəhərdə olan ASAP nümayəndələri tərəfindən 20 Yanvar şəhidlərimizin fotolarından ibarət foto-sərgi açılıb. İnformativ sərgidə iştirak edənlərə 20 Yanvar faciəsi haqqında məlumat verilib, onların ruhlarına ehtiram əlaməti olaraq şamlar yandırılıb.
Almaniyanın Köln şəhərində yerləşən Azərbaycan Mədəniyyət Evində, Macarıstanın Budapeşt şəhərindəki Azərbaycan Evində və Polşanın Qdansk şəhərində azərbaycanlı tələbə və məzunların iştirakı ilə bu şəhərlərdə olan ASAP nümayəndəlikləri tərəfindən “Qara Yanvar” filmi nümayiş olunub və bədii proqram keçirilib.
Bildirilib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik mübarizəsində ən şərəfli səhifələrdən biridir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet dövlətinin hərb maşını həm quru, həm də dəniz yolu ilə Bakı şəhərinə həmlə edərək görünməmiş qəddarlıqla keçirilən cəza tədbirlərinə imza atıb. Bu hadisə nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz şəkildə həbs olunub. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar və qocalar da var idi. SSRİ Prezidenti Mixail Qorbaçovun göstərişi ilə Sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev həmin günlərdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilən bu cinayətə etirazını bildirib, təqsirkarların cəzalandırılmasını tələb edib. Sonradan xalqın təşəbbüsü ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədi ilə Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldılıb. Həmçinin, Azərbaycan Prezidentinin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar şəhidi” fəxri adı verilib. Bu gün ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən 20 Yanvar şəhidi ailələrinin və yaralılarının qayğıları daim diqqət mərkəzində saxlanılır. Dövlət başçısının fərmanlarına əsasən, 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslər və şəhid ailələri üçün təqaüdlərin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması bu diqqət və qayğının daha bir bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat