Aviareyslərin açılması hələ əlaqələrin bərpası anlamına gəlmir
Yusif Nəzərli
23:28 20.12.2021
Siyasət
738
Ermənistan Azərbaycanın da, Türkiyənin də ərazi bütövlüyünü, suverenliyini rəsmən tanımalıdır. Əgər bunları edərsə, diplomatik münasibətlərin qurulması reallığa çevrilə bilər
Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində ilk addımını atıb. Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan parlamentin vitse-spikeri Ruben Rubinyanın Türkiyə ilə dialoq çərçivəsində Ermənistandan xüsusi nümayəndə olacağını bəyan edib. Qeyd edək ki, bundan əvvəl Türkiyənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç ölkənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi təyin edilib. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ermənistanla etimadı artıran əlaqələr davam etdirilir. Nazir deyib ki, birbaşa əlaqələr üçün ən qısa zamanda xüsusi nümayəndələr bir araya gələcək.
Çavuşoğlu əlavə edib ki, yaxın gələcəkdə Ermənistana birbaşa təyyarə reysləri fəaliyyətə başlayacaq: “Daha öncə “Atlas Global” şirkətləri uçuşları təmin edirdi, hazırda bəzi şirkətlərin müraciətləri olub. Nəqliyyat və İnfrastruktur Nazirliyi və Mülki Aviasiya Baş İdarəsi ilə bərabər bu istiqamətdə fəaliyyətləri davam edir, bu müraciətlərə baxılır”. Türkiyə XİN başçısı bir daha vurğulayıb ki, Ermənistanla bağlı verilən bütün qərarlarda Azərbaycanla birgə məsləhətləşmələr aparılır və qərar verilir: “Bizim arzumuz Cənubi Qafqazda sülhün bərqərar olması, Zəngəzur dəhlizinin açılmasıdır”.
Məlumat üçün bildirək ki, Ruben Rubinyan vitse-spiker olmazdan öncə qısa müddətli xarici işlər nazirinin müavini olub. Nikol Paşinyana yaxın olan Rubinyan 2017-2018-ci illərdə Türkiyədə fəaliyyət göstərib.
Hrant Dink Fondunda işləyib və Sabançı Universitetində araşdırmalar aparıb. Hətta müharibədən sonra vitse-spiker seçiləndə erməni müxalifəti ona qarşı “türk agenti” ittihamı irəli sürüb.
Türkiyədəki erməni icması ilə yaxın münasibətləri var və hazırda erməni icması Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir.
Ekspertlərin fikrincə, Nikolun bu misiyanı “türklərin dilindən anlayan” Rubenə həvalə etməsi normallaşma müzakirələrindən daha qazanclı çıxmaq istəyindən irəli gəlir. Çünki İrəvan heç bir şərt olmadan danışıqlar aparmaq istəyir. Ankara isə müzakirəni Bakının maraqları çərçivəsində quracağını deyir. Sərhədlərin açılmasını istəyən Ermənistan Ankaranın istəyi ilə böyük ölçüdə razılaşmaq məcburiyyətindədir.
Politoloq Əhəd Məmmədli “Şərq”ə açıqlamasında bildirib ki, Ankara-İrəvan münasibətlərinin normallaşması Azərbaycan-Ermənistan əlaqələrinin düzəlməsindən asılı olacaq. Analitikə görə, əgər Bakının istək və tələbləri İrəvan tərəfindən qarşılanarsa, o zaman Ermənistan Türkiyə ilə normal əməkdaşlıqdan, sərhədlərin açılmasından danışa bilər:
“Ermənilər təkcə Azərbaycana deyil, Türkiyə torpaqlarına da iddia ediblər. İrəvan bundan birmənalı imtina etməlidir. Ermənistanın gerbində əks olunmuş Ağrı dağı Türkiyənin qanuni əraziləri daxilindədir. Bu məqam açıq-aşkar Türkiyəyə rəsmən ərazi iddiasıdır. Ermənistanın dövlət konstitusiyasında Türkiyənin 6 vilayətinə də rəsmi iddia var. Bunların hamısı Masada İrəvanın qarşısına qoyulmalıdır. Ermənilər türklərə duyduqları nifrət və düşmənçilikdən birdəfəlik vaz keçməlidir, Azərbaycanın da, Türkiyənin də ərazi bütövlüyünü, suverenliyini rəsmən tanımalıdır. Əgər bunları edərsə, diplomatik münasibətlərin qurulması reallığa çevrilə bilər. Azərbaycan və Türkiyənin Ermənistanla münasibətləri normal müstəviyə keçməlidir. Ancaq bu, birbaşa Ermənistan hökumətinin mövqeyindən, siyasətindən asılıdır. İrəvan indiki yanaşmasını davam etdirsə, münasibətlərin bərpası mümkün olmayacaq. Aviareyslərin açılması hələ əlaqələrin bərpası anlamına gəlmir. Bu, sadəcə başlanğıcdır və davamlı olması üçün İrəvan qətiyyətli addımlar atmalıdır”.
Oxşar xəbərlər
Paşinyan Rusiya və Avropa İttifaqı arasında həssas tarazlığı qorumağa çalışır - ŞƏRH
20:58 27.07.2026
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi vahid indekslər siyahısına əlavə edildi
15:12 27.07.2026
Xəbər lenti
Hamısına bax
Mexikonun mərkəzində atışma: bir nəfər ölüb, iki nəfər yaralanıb
09:47 28.07.2026
Hadisə
“Qarabağ”dan ayrılan Addainin yeni klubu rəsmiləşdi
09:19 28.07.2026
Futbol
Hindistan XİN Ukrayna səfirini çağırdı
08:58 28.07.2026
Dünya
Tom Kruzun qızı Suri atasının soyadından imtina edib
08:57 28.07.2026
Dünya
Avqustda 4 bürcə pul gələcək
08:20 28.07.2026
Cəmiyyət
Toy bitdi, iş başladı
07:51 28.07.2026
Şou
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou