"Azadlığ"ın fəaliyyəti dayandırılıb - AÇIQLAMA
Yusif Nəzərli
09:10 07.12.2024
Siyasət
493
Əhməd Oruc: "Məhkəmənin qərarı ilə bağlı kasasiya şikayəti veriləcək"
Ədliyyə Nazirliyinin Azadlıq Partiyasının ləğv edilməsi üzrə müraciəti əsasında məhkəmə prosesi keçirilib. Bakı Apellyasiya Məhkəməsində hakim Ceyhun Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, müraciət təmin olunub və partiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. Qeyd edək ki, Azadlıq Partiyası 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiya ötən il Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmayıb. Ləğv olunmuş partiyanın sədri Əhməd Orucdur.
Partiyanın məhkəmə qərarı ilə ləğv edilməsinə münasibət bildirən Əhməd Oruc "Şərq"ə açıqlamasında deyib ki, sənədləri Ədliyyə Nazirliyinə 1 il 4 ay bundan öncə təqdim ediblər. Onun sözlərinə görə, Nazirlik əvvəlcə sənədlərin yerində olduğunu və partiyanın qurultaya hazırlıq görə biləcəyini açıqlayıb. Lakin sonradan təşkilatın özünü buraxması məsələsi gündəmə gəlib. Rəhbərlik isə bununla razılaşmayıb və partiyanın özünü buraxmayacağını bildirib:
"Ötən müddət ərzində Ədliyyə Nazirliyi rəsmi heç bir məlumat vermədi. Halbuki uzağı, bir aya cavab verilməliydi. Guya o zaman təqdim etdiyimiz üzvlərin siyahısını müəyyənləşdirmək mümkün olmayıb. Bu kimi arqumentlərlə məhkəməyə müraciət olunub. Bir günün içində Apellyasiya Məhkəməsi Azadlıq Partiyasının qapadılması ilə bağlı qərar qəbul etdi. Ancaq biz fəaliyyətimizi davam etdirmək fikrindəyik. Məhkəmənin qərarı ilə bağlı kasasiya şikayəti veriləcək".
Ə.Oruc vurğulayıb ki, partiyanın olub-olmaması onun siyasi fəaliyyətini dayandıra bilməz: "Partiya sədri olmaq mənə heç bir üstünlük vermirdi. Həm maddi, həm də digər imkanlar baxımından adi insanlardan fərqsiz olmuşuq. Sadəcə, burada təqdimat məsələsi var. İndiyə kimi "Azadlıq Partiyasının sədri Əhməd Oruc" kimi təqdim edirdilər. İndi də "qeydiyyatı ləğv olunmuş Azadlıq Partiyasının sədri" kimi təqdim edəcəklər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm