Azər Həsrət: Fransız “diplomatları” maarifləndirmək bizim işimizdir
08:50 25.11.2024
Siyasət
441
Fransanın Ermənistandakı səfiri Olivye Dekottini İran ərazisində yerləşən Qərbi Azərbaycan vilayətinin xəritəsini yayıb. Dekottini xəritəni “Tək və yeganə” adı ilə paylaşıb. Azərbaycana qarşı bütün platformalarda antitəbliğat aparan Fransanın səfiri bununla guya Azərbaycan Respublikasındakı “Qərbi Azərbaycan” termininə qarşı çıxıb. Yəni Qərbi Azərbaycan – yalnız İrandadır. Qeyd edək ki, Qərbi Azərbaycan – Şimalı Azərbaycanın qərbini – indiki Ermənistanın ərazisini əhatə edən termin kimi istifadə edilir və Azərbaycanın tarixi İrəvan, Göyçə, Vedi, Zəngəzur, Dərələyəz tarixi mahallarını əhatə edir. İrandakı Qərbi Azərbaycan vilayəti isə Güney Azərbaycan ərazisinin 6 vilayətə bölünməsi nəticəsində yaradılıb.
Siyasi şərhçi, Azər Həsrət “Sherg.az”a vurğulayıb ki, səfir bununla Azərbaycan Respublikasında və dünya Azərbaycanlıları arasında geniş müzakirə mövzusu olan və hazırda Ermənistan adlanan ərazinin əsl Qərbi Azərbaycan olmasından diqqəti yayındırmağa çalışdığını zənn edir:
“Amma bu adam özü də bilmədən Qərbi Azərbaycanın həm də İranın nəzarətindəki hissəsinə diqqət çəkib. Olivye Dekotini kimi “diplomatları” maarifləndirmək bizim işimizdir. Ona izah edirik ki, Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil. Tarixi Qərbi Azərbaycan Şimalda Ermənistandan başlayaraq Cənubda onun xəritəsini dərc etdiyi sözügedən ostanı da öz içinə alır. Yəni o, öz fransızsayağı gedişi ilə Qərbi Azərbaycanı bölməyə çalışıb, amma bilmədən Azərbaycanın bu böyük bölgəsinin də bütövlüyünə diqqət cəlb edib. Bunda da bir xeyir var əlbəttə”.
Onu da əlavə edək ki, Azər Həsrət səfirin paylaşımına cavab da verib və Qərbi Azərbaycanın Güneyini xatırlatdığına görə ona təşəkkür edib:
“Səfir, sadəcə sizi maarifləndirmək üçün, bu, Qərbi Azərbaycanın Güney kəsimidir. Qərbi Azərbaycanın bütün ərazisi bugünkü Ermənistanı və o ostanı birlikdə əhatə edir. Ona görə də biz sizə Qərbi Azərbaycanın Güney kəsimini xatırlatdığınız üçün minnətdarıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sadiq dost, dəyərli insan itirdim - Alim Qasımov
22:47 29.03.2026
Mədəniyyət
“Qarabağ” xanım azareşləri üçün girişi pulsuz etdi
21:57 29.03.2026
Futbol
Zelenskinin həyat yoldaşı şikayətləndi
21:27 29.03.2026
Dünya
Serbiyada bir neçə şəhər və bələdiyyəyə yerli seçkilər keçirilib
20:59 29.03.2026
Dünya
İsrail son 24 saat ərzində İranda 140 hədəfə zərbə endirib
20:47 29.03.2026
Dünya
Rasim Balayevin oğlu: Atamın vəziyyəti qəflətən pisləşdi
20:18 29.03.2026
Mədəniyyət
Zelenski: Sanksiyaların qaldırılması Rusiyaya fayda verəcək
19:45 29.03.2026
Dünya
Naməlum dronlar Finlandiyanın hava məkanını pozub
19:23 29.03.2026
Dünya
İran İsrailə yenidən zərbələr endirdi - YENİLƏNDİ
19:18 29.03.2026
Dünya
60 yaşında ürəyə hansı yük uyğundur? - Həkim izah etdi
19:07 29.03.2026
Sağlamlıq
ABŞ Xark adasına hücum etsə, İran hədəf dairəsini genişləndirəcək
18:58 29.03.2026
Gündəm
Paşinyana qarşı hücum cəhdi ilə bağlı daha bir nəfər HƏBS EDİLİB
18:50 29.03.2026
Gündəm
İran ordusu ABŞ-nin quru əməliyyatına hazır olduğunu BƏYAN EDİB
18:44 29.03.2026
Gündəm
Göyçay çayından sel keçir
18:38 29.03.2026
Aktual