
Azərbaycan Afrika ölkələrinin taleyi ilə bağlı həmişə lazımi mövqe ortaya qoyub -ŞƏRH
Yusif Nəzərli
12:27 27.02.2025
Siyasət
456
Afrikanın bütün coğrafiyasında Prezident İlham Əliyevə böyük hörmət və simpatiya mövcuddur
Afrika ölkələri ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları mövcud potensialdan daha genişdir. Ölkəmizin qlobal və regional miqyasda artan nüfuzu, iqtisadi potensialı və gücü, eləcə də Prezident İlham Əliyevin nüfuzlu Lider kimi yürütdüyü uğurlu siyasət Afrika ölkələrinin Azərbaycanla əməkdaşlığa marağını getdikcə daha çox artırır. Bir sıra Afrika ölkələrinin dövlət başçıları Azərbaycana səfər etmək, ikitərəfli münasibətləri daha da gücləndirmək niyyətlərini ifadə edib, ölkəmizi qitəyə investisiya qoymağa çağırıblar. Bu amilləri nəzərə alsaq, qitə ölkələri ilə prioritet sahələrdə əməkdaşlığın davam etdirilməsi bütün tərəflər üçün faydalıdır.
Azərbaycan ilə Afrika dövlətləri arasında əlaqələrin dinamik inkişafı isə ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövrünə təsadüf edib. Belə ki, 2019-cu ilin oktyabrında Azərbaycanın Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşünə uğurla ev sahibliyi etməsi tədbirdə təmsil olunan Afrika qitəsi ölkələri ilə ikitərəfli münasibətlərdə yeni səhifə açıb. Həmin Zirvə görüşü, eyni zamanda, qitənin bir çox ölkələri ilə ali səviyyədə təmasların və görüşlərin keçirilməsi üçün əlverişli şərait yaratdı.
Politoloq Tural İsmayılov "Sherg.az"a bildirib ki, Azərbaycanın Afrika ölkələri ilə çox yaxşı münasibətləri var:

"Dövlətimiz Afrika ölkələrinin taleyi ilə bağlı bir çox məsələlərdə həmişə obyektiv və lazımi mövqe ortaya qoyub. Hələ Covid19 pandemiyasının dünyanı cənginə aldığı bir vaxtda Azərbaycan Afrika ölkələri və kiçik ada dövlətlərinin taleyinə qarşı xüsusi diqqət sərgiləyib. Eyni zamanda marksist milliyətçiliyi nəticəsində Qərb dövlətlərinin özlərinə lazım olandan artıq vaksinləri ehtiyat yığaraq Afrika ölkələrinə göndərməməsi siyasətinə etiraz edib. Bu gün Azərbaycan Afrikanın təbii sərvətlərinin istismar edilməsi, bu ölkədə davam edən müstəmləkəçiliyə qarşı ən kəskin münasibət göstərən dövlətlərdən biridir".
Politoloq vurğulayıb ki, hazırda Afrikanın bütün coğrafiyasında Prezident İlham Əliyevə böyük hörmət və simpatiya mövcuddur:
"Həmçinin Azərbaycan bir çox sahələrdə - istər qlobal iqlim təəssübkeşliyi, istərsə də digər məqamlarda Afrika dövlətlərinin haqq səsinin hər zaman eşidilməyində aparıcı qismdə çıxış edib. Nəticədə rəsmi Bakı ayrı-ayrı Afrika ölkələri ilə yüksək səviyyədə və kifayət qədər sıx, uğurlu əməkdaşlıq müstəvisindədir. Ümumiyyətlə Azərbaycan sözügedən münasibətlərin müsbət mənada dərinləşməsində maraqlı tərəf kimi çıxış edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kann kinofestivalının qalibləri onlardır
08:20 25.05.2026
Mədəniyyət
Sarımsaq sevərlərə pis xəbər
07:51 25.05.2026
Maraqlı
Çia toxumunun faydaları
07:17 25.05.2026
Sağlamlıq
Apple 10 ildən sonra ilk dəfə telefon qiymətlərini qaldırır
06:44 25.05.2026
Texnologiya
ABŞ hərbi təyyarəsi Avropa üzərində qəza siqnalı verdi
06:06 25.05.2026
Dünya
Szinpin Takaiçini tənqid etdi, Tramp isə...
05:25 25.05.2026
Dünya
Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilir
03:23 25.05.2026
Dünya
Türkan Şorayın qızı saxlanıldı!
02:52 25.05.2026
Şou
"Real"ın ulduzu hamını geridə qoydu
02:18 25.05.2026
Futbol
Albaniya XİN Kiyevə zərbədən sonra Rusiya səfirini çağırdı
00:43 25.05.2026
Dünya
Füzuli sakinini ildırım vuraraq öldürüb
00:22 25.05.2026
Hadisə
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
00:00 25.05.2026
Dünya
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
23:38 24.05.2026
Cəmiyyət
NASA “Mars”ın nadir görüntülərini yayımladı
23:16 24.05.2026
Maraqlı
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual