Azərbaycan Antalya Diplomatiya Forumunda rəsmi heyətlə təmsil olunacaq
Yusif Nəzərli
13:34 08.03.2022
Siyasət
859
“Diplomatiyanın yenidən qurulması” mövzusunda keçiriləcək Antalya Diplomatiya Forumu iştirakçıları qəbul etməyə hazırdır. Artıq rəsmi şəxslər və jurnalistlər də daxil olmaqla, xarici qonaqların və yerli təmsilçilərin qeydiyyatı başa çatıb.
"Report" xəbər verir ki, Azərbaycanın bu forumda rəsmi heyətlə təmsil olunması nəzərdə tutulub.
Türkiyə Prezident Administrasiyasının himayəsi ilə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunacaq Forumda 15 dövlət və hökumət başçısının, 67 nazirin iştirakı təsdiqlənib.
Bundan başqa, tədbirdə NATO və ATƏT də daxil olmaqla 44 regional və beynəlxalq təşkilatın təmsilçiləri də olmaqla ümumilikdə 10 min nümayəndənin iştirak etməsi gözlənilir. Tədbirdə yeni diplomatik münasibətlərin formasının tapılması, həmçinin qlobal və regional məsələlər, eləcə də böhran və münaqişələrin həlli yolları müzakirə olunacaq.
Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxış edəcəyi Forum çərçivəsində nəzərdə tutulan “Sülh və rifaha uzanan qlobal və regional yollar”, “Enerji təhlükəsizliyindəki mürəkkəblik”, “Müdafiə sənayesinin gələcəyi”, “Cənubi Qafqaz üçün körpü”, “Terrorizmlə mübarizə: çatışmayan nədir” və digər mövzular Azərbaycanın xarici siyasətində və diplomatik fəaliyyətində daim yer alan mühüm istiqamətlərdir.
Mövzulardan da göründüyü kimi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində regionda yaranmış yeni geosiyasi münasibətlərin faydalılığının beynəlxalq ictimaiyyətə, eləcə də rəsmi dairələrə çatdırılması, ümumiyyətlə, Azərbaycan həqiqətlərinin təbliği baxımından Antalya Diplomatiya Forumu ölkəmiz üçün mühüm platformadır.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Antalya Diplomatik Forumu çərçivəsində martın 10-da bir araya gələcəyi bu tədbirə marağı daha da artırıb.
Xatırladaq ki, ötən il “Yenilikçi diplomatiya: Yeni dövr, yeni yanaşmalar" mövzusunda keçirilmiş Antalya Diplomatik Forumunda 11 dövlət və hökumət başçısı, 45 nazir iştirak etmişdi. Həmin forumdakı iclaslardan biri “Cənubi Qafqaz: regional sülh və sabitlik üçün yeni fürsətlər” mövzusuna həsr olunmuşdu. Azərbaycan təmsilçiləri Forum çərçivəsində keçirilən panel iclaslarında, eləcə də ikitərəfli görüşlərdə ölkəmizin xarici siyasətinin istiqamətləri, həmçinin diplomatik missiyamızdakı mühüm tərəflərinə dair müzakirələr aparmışdılar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm