
Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
22:23 18.11.2024
Siyasət
443
ABŞ konqresmeni dəfələrlə ölkəmizə qarşı ədalətsiz və qərəzli mövqe sərgiləyib
ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib. Amerika Prezidentinin İqlim üzrə Xüsusi Nümayəndəliyinin Qanunvericilik Məsələləri üzrə Direktoru Julia Greensfelder bildirib ki, “ABŞ konqresmeni Frank Peloni artıq Azərbaycanda deyil”. Qeyd edək ki, F.Peloninin Azərbaycana səfəri ictimaiyyətin qınağına və hiddətinə səbəb olmuş, onun ölkəni tərk etməsi tələbi ilə aksiyalar keçirilmişdi. Əslində, Frank Peloni noyabrın 18-dən COP29-da iştirak etməyi, Bakıda çoxsaylı görüşlər keçirməyi planlaşdırırmış. Lakin Bakıda hava limanında Azərbaycan mediasına yaxalanıb. Yerli media ondan Azərbaycana qarşı iftira kampaniyaları üçün hər ay erməni lobbi təşkilatlarından nə qədər maliyyə alması, lobbiçilik xidmətləri üçün tariflərinin neçə dollar olması ilə maraqlanıb. Peloni sualları cavablandırmadan COP29-un arxa otaqlarında jurnalistlərdən gizlənməyə çalışıb. Ona COP29-da keçirilən brifinqdə iştirak təklif olunsa da, ictimai qəzəblə qarşılanan Peloni brifinqə qatılmaqdan imtina edib. Onu hoteldə Azərbaycanın bir qrup QHT rəhbərləri və ictimai fəalları etiraz aksiyası ilə qarşılayıb. “Azərbaycan xalqından üzr istə!” şüarları ilə üzləşən ABŞ konqresmeni hotelə mühafizəçilərinin və yerli hüquq-mühafizə orqanlarının köməkliyi ilə daxil ola bilib və bütün görüşlərini ləğv edib. Beləliklə, Frank Peloninin Azərbaycana səfəri rüsvayçılıqla yadda qalıb. Xatırladaq ki, Peloni ABŞ-də islamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner konqresmen kimi məşhurdur. Onun fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub. Peloni ABŞ-də erməni lobbisinin maraqlarını müdafiə edir, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlik edib.
Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu "Sherg.az"a açıqlamasında deyib ki, müxtəlif ölkələrin parlamentlərində və siyasi institutlarında Azərbaycana qarşı aşkar qərəzli mövqelər sərgilənir. Professor vurğulayıb ki, bu mənada ABŞ-nin Konqresində də dəfələrlə ölkəmizə qarşı ədalətsiz və qərəzli mövqelərin sərgiləndiyini görmüşük:

"Hətta bir müddət öncə 62 konqresmenin Azərbaycana münasibətdə sanksiyaların tətbiq olunması təklifini də gördük. Bu, hər şeydən əvvəl sübut edir ki, Azərbaycanın öz milli maraqları çərçivəsində tam müstəqil siyasəti ayrı-ayrı dairələr tərəfindən həzm olunmur. Ümumiyyətlə, Qərb siyasi institutları idarəolunan siyasi rejimləri təqdir edirlər. Azərbaycan isə müstəqil siyasəti ilə hər zaman iradə nümayiş etdirir. Konkret olaraq bəzi ABŞ konqresmenləri hər zaman Azərbaycana qərəzli yanaşmaları ilə xüsusən diqqət mərkəzində olublar. Ermənipərəst mövqeləri ilə seçilən belə insanları cəmiyyətimiz də çox yaxşı tanıyır və qınaqla qarşılanır. Bu mənada Frank Peloni kimi qərəzli şəxsləri ayrıca qeyd etmək lazımdır. Hesab edirəm ki, istər Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən, istərsə də Qarabağdakı keçmiş separatçı rejimə son qoyulduqdan sonra Peloni Azərbaycana qarşı tam əsassız, qərəzli və ittiham xarakterli açıqlamalarla gündəmə gəlib".
E.Mirbəşiroğlu vurğulayıb ki, Azərbaycan cəmiyyətinin göstərdiyi reaksiya çox təbiidir:
"Bu həm də onun göstəricisidir ki, milli məsələlərdə Azərbaycan cəmiyyətində ciddi birlik mövcuddur. Milli maraqlarımızı kölgə altına salmaq istəyən istənilən şəxs cəmiyyətin sərt qınağına tuş gəlir və gələcək. Peloni də Azərbaycan cəmiyyətində özünə qarşı sərt münasibəti gördü. Bundan sonrakı fəaliyyətində korrektə etmək barədə düşünə bilər. Çünki o artıq Azərbaycanda ictimai qınaq obyektidir. Bu hadisə ölkəmizə qarşı xüsusi canfəşanlığı ilə seçilən digər konqresmenlərə də ciddi siqnal olmalıdır. Onların qərəzli fəaliyyəti təmsil etdikləri strukturları və ölkələri də qınaq obyektinə çevirə bilər. Həmçinin ölkələr arasında gərginliyin formalaşmasına səbəb olar".
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm