
Azərbaycan COP tədbirlərinə öz imzasını atdı
22:11 21.11.2024
Siyasət
314
Baş tutdu
Dünya birliyi iqlim dəyişikliklərinə qarşı mübarizədə yeni bir yol xəritəsi müəyyən edəcək
Noyabrın 11-dən Bakıda start götürmüş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29 işini uğurla davam etdirir. Amma artıq indidən noyabrın 23-dək davam edəcək dünyanın ən mötəbər tədbirini baş tutmuş saymaq olar. Heç şübhəsiz, Azərbaycanın toplantıya yüksək ev sahibliyi gerçəkləşdirdiyini də söyləmək üçün ciddi əsaslar var. Qətiyyətlə demək olar ki, COP29 müasir Azərbaycanın növbəti uğur hekayəsidir. Bunu şərtləndirən bir çox amillər var.
Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. Bu uğur, Azərbaycanın yalnız regionda deyil, həm də qlobal miqyasda çevik diplomatiya və müsbət imic yaratdığının əyani sübutudur.
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının “Sherg.az"a açıqlamasına görə, COP29 kimi böyük bir tədbirə Azərbaycanın ev sahibliyi etməsi son dərəcə mühüm və əlamətdar bir hadisədir. Onun sözlərinə görə, bu tədbirin Azərbaycanda keçirilməsi üçün bütün ölkələrin yekdil rəy verməsinin özü belə ölkəmizin beynəlxalq münasibətlərdəki mühüm rolundan və siyasi aktor kimi əhəmiyyətdindən xəbər verir:

“Tədbirin yüksək səviyyədə təşkil olunması COP29-da iştirak edən qonaqların, dünya liderlərinin və digər nüfuzlu dövlət rəsmilərinin rəylərindən də açıq şəkildə görünür. Azərbaycan bu tədbirə ev sahibliyi etməklə bəşəriyyəti narahat edən ekoloji problemlərin və iqlim dəyişikliklərinin həllinə dəstəyini və öz töhfəsini verir. Dünyanın ekoloji gündəliyinə sadiqliyini nümayiş etdirərək bu problemlə mübarizədə dünya ilə həmrəy olduğunu sübut edir. Ən vacib məsələlərdən biri maliyyələşmə ilə bağlıdır ki, COP29 çərçivəsində gedən müzakirələrdə dünya birliyi iqlim dəyişikliklərinə qarşı mübarizədə yeni bir yol xəritəsi müəyyən edəcək. Beləliklə, Azərbaycanın ev sahibliyi etdiyi COP29 sammiti ekoloji problemlərə qarşı mübarizədə yeni bir mərhələnin başlanğıcı olacaq”.
F.Şahbazlının sözlərinə görə, 196 ölkədən 70 mindən artıq qonağın iştirak etdiyi tədbir ölkəmizin beynəlxalq imicinin daha da yüksəlməsi baxımından son dərəcə əhəmiyyətlidir: “COP29 həmçinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün qlobal bir tribunadır. Digər beynəlxalq tədbirlər kimi Azərbaycan COP tədbirlərinə də öz imzasını atdı və bu konfrans COP tarixində keçirilən ən uğurlu konfranslardan biri kimi yazılacaq”.
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm