
Azərbaycan dövləti Yunanıstanın gedişlərinə cavab verməlidir: Əks təqdirdə....
12:25 14.11.2023
Siyasət
555
Ermənistan, Yunanıstan və Kiprin xüsusi təyinatlı qüvvələrinin birgə təlimləri keçirilib.
APA "iefimerida.gr" saytına istinadən xəbər verir ki, təlimlər noyabrın 6-dan 10-dək Yunanıstanın milli müdafiəsinin baş qərargahı olan Attikanın Nea Peramos bölgəsində keçirilib.
Bildirilib ki, birgə təlimlər Yunanıstan, Kipr və Ermənistan arasında 2023-cü il üçün Birgə Fəaliyyət Planının bir hissəsidir və iştirakçılar arasında qarşılıqlı anlaşma səviyyəsinin yüksəldilməsinə və təcrübə mübadiləsinə, eləcə də onların əməliyyat imkanlarının artırılmasına xidmət edir.
Təlimlər sürətli döyüş atışları, snayper texnikası və taktikası, yaşayış sahəsi daxilində rəqabətin texnikası, taktikası və prosedurları, kiçik miqyaslı təlimlərin təşkilini əhatə edib.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən siyasi şərhçi Azər Həsrət bildirib ki, burada sadəcə Ermənistanın üzərinə fokuslanmaq lazım deyil:
"Eyni zamanda Yunanıstanı da nəzərdən keçirməkdə fayda var. Yunanıstan və Ermənistan arasında çox yaxın münasibətlər olub. Hətta Qarabağ torpaqları işğal altında olan zaman belə Yunanıstan bu və digər şəkildə Ermənistan ilə hərbi sahədə əməkdaşlıq edirdi. Baxmayaraq ki, Yunanıstan NATO ölkəsidir, amma KTMT-nin üzvü olan Ermənistanla çox yaxın əlaqələr qurub. Bunun özü bir anormallıqdır və Azərbaycana qarşı olmaq deməkdir. Eyni zamanda bu Azərbaycanla yanaşı Türkiyəyə də əks olmaq anlamına gəlir. Ona görə də üçlü şəkildə hərbi təlimləri bu kontekstdə dəyərləndirmək lazımdır. Yəni Yunanıstan və Kiprin Ermənistanı yanına alaraq hərbi təlimlər keçirməsi və ondan alınan nəticələr Azərbaycan ilə Türkiyəyə qarşı istifadə olunacaq. Ona görə də Azərbaycan dövləti Yunanıstanın bu cür gedişlərinə uyğun cavab verməlidir".
Ekspert onu da qeyd edib ki, Ermənistanda belə şeylərin olması gözləniləndir:

"Amma Yunanıstan bu oyunlarda iştirak etməməlidir. Kuzey Kıbrıs Türk Cümhuriyyətinin müstəqilliyini tanımaqla Yunanıstana yerini göstərmək lazımdır. Noyabrın 13-də Bakıda Kuzey Kıbrıs Türk Cümhuriyyətinin böyük təntənə ilə 40 illiyi qeyd edildi. Artıq bu münasibətləri rəsmi şəkildə tanınma ilə bərkitməliyik. Yunanıstan və onunla birlikdə türklərə diş qıcamağa çalışan Ermənistan başa düşməlidir ki, ata biləcəyimiz addımlar tükənməyib. Əgər Yunanıstan açıq şəkildə işğalçı Ermənistan ilə bu cür yaxınlıq edirsə, biz niyə türk qardaşlarımızın qurduğu dövləti tanımayaq? Eyni zamanda həmin dövlət Azərbaycanın qurucularından olduğu Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvüdür. Dünyanın bir çox dövlətlərarası qurumlarında Kuzey Kıbrıs Türk Cümhuriyyəti təmsil olunur. Ona görə də Azərbaycan qardaş ölkənin tanınması prosedurunu başlanmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Reperdə çox sayda uşaq pornoqrafiyası tapıldı!
06:00 25.04.2026
Şou
Qarışqalar bu qoxuya nifrət edir: Bitkiləri xilas edən ədviyyat
05:25 25.04.2026
Maraqlı
Vinisiusa qarşı irqçilik edən futbolçuya ağır cəza verildi
04:00 25.04.2026
Futbol
Adriana Lima ilk dəfə qızları ilə
03:23 25.04.2026
Şou
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
02:35 25.04.2026
Sağlamlıq
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm