“Azərbaycan - NATO əməkdaşlığı qarşılıqlı maraqlara söykənir”
Yusif Nəzərli
10:59 15.12.2021
Siyasət
774
NATO baş katibi Yens Stoltenberq Brüsseldə Prezident İlham Əliyevlə birgə mətuat konfransı keçirib. O,NATO-nun Azərbaycanla Ermənistan arasında döyüşləri dayandıran razılaşmaları alqışladığını,münasibətlərin normallaşması üçün göstərilən səyləri və dialoqları dəstəklədiyini bildirib. Baş katib NATO-nun tərəf tutmadığını,hər iki ölkəni də özü üçün dəyərli tərəfdaş hesab etdiyini vurğulayıb.
Maraqlıdır,hazırkı NATO-Azərbaycan əlaqələrində hansı pozitiv məqamlar var və münasibətlərin yaxınlaşması perspektivdə nələr vəd edir?
Sualımızı cavablandıran millət vəkili, Azərbaycan Demoktatik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, rəsmi Bakı NATO-ya bir sıra istiqamətlərdə böyük dəstək verib:
“Brüsel görüşündə baş katib Azərbaycanın çox etibarlı tərəfdaş olduğu deyib. Həmçinin onun silahlı qüvvələrinə Kabil aeroportunun müdafiəsi və evakuasiyanın təminatında, eyni zamanda Əfqanıstanda illərdir, həyata keçirilən əməliyyatlardakı böyük logistik dəstəyinə görə təşəkkür edib. NATO-Azərbaycan əməkdaşlığı Azərbaycan Silahlı Qüvvələrinin müasir səviyyədə inkişafı üçün də vacibdir. NATO silahlı qüvvələrinin ikinci ən böyük ordusu olan Türkiyə silahlı qüvvələrinin dəstəyi ilə Azərbaycan ən müasir hərbi texnologiyalar əldə edib,ən müasir silahlarla təmin edilib”.
Millət vəkili bölgədə sabitliyi qorumaqda önəm daşıyan srtateji layihələrin müdafiəsi və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan Silahlı Qüvvələrinin inkişafının çox mühüm olduğunu deyib. O, eyni zamanda ölkə başçısının Brüssel görüşündəki nitqinə diqqət çəkib:
“Azərbaycanın bölgədə sülh, əməkdaşlıq mühitinin yaradılmasında maraqlı olduğunu prezident görüşdə açıq şəkildə bəyan etdi. Bu çox mühüm bir görüş idi. Onun NATO-nun baş şurasında iştirakı da Azərbaycanın əməkdaşlığa, beynəlxalq hüquqi normalara riayət edən ölkə olduğu bir daha göstərdi”.
A.Mollazadə rəsmi Bakının NATO-ya üzv olmaq istəmədiyini, amma onun bura üzv olan ölkələrdən daha çox əməkdaşlıq və tərəfdaşlıq istiqamətində işlər gördüyünü vurğulayıb. Millət vəkili tərəflər arasındakı əməkdaşlığın qarşılıqlı maraqlara söykəndiyini də diqqətə çatdırıb:
“Bu əməkdaşlıq davam edəcək. Azərbaycan bölgədə təhlükəsizliyi təmin etmək üçün ən müasir Silahlı Qüvvələrə malik olan ölkədir. O bundan sonra da öz ordusunun möhkəmliyi və peşəkarlıq səviyyəsininin yüksəlməsi istiqamətində bu əməkdaşlığı inkişaf etdirəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə
DYP skuter istifadəçilərinə müraciət edib
10:08 04.05.2026
Cəmiyyət
"Inter" 21-ci çempionluğunu elan etdi
09:57 04.05.2026
Futbol
30 ilə hamımız Çin dilində danışacağıq - Nazir
09:54 04.05.2026
Gündəm
ABŞ "Azadlıq Layihəsi" əməliyyatına 15000 hərbçi göndərəcək
09:31 04.05.2026
Gündəm