Tramp: ABŞ Litvada hərbi baza yaradılması məsələsinə baxır

ABŞ Litvada daimi hərbi baza yaradılması imkanını nəzərdən keçirir. Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbəti zamanı bildirib.

Sherg.az xəbər verir ki, Tramp Litva hakimiyyətinin ölkə ərazisində daimi ABŞ hərbi bazasının yaradılması ilə bağlı təklifini şərh edərkən məsələyə baxılacağını deyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Polşada hərbi baza yaratması məsələsinin də nəzərdən keçirildiyi açıqlanmışdı.