ABŞ-la danışıqlar aparmaq mənasızdır - Pezeşkian

ABŞ-la problemimiz ondadır ki, hər dəfə danışıqlar masasına oturduğumuzda, dərhal bizi müharibə ilə təhdid edir.

Axar.az xəbər verir ki, bu açıqlama ilə İran Prezidenti Məsud Pezeşkian çıxış edib.

Pezeşkian qeyd edib ki, İranı hücum və sanksiyalarla təhdid edən ABŞ-la danışıqlar aparmaq mənasızdır:

“ABŞ indiyə qədər danışıqlar zamanı üç dəfə İrana hücum edib. Məqsədləri İran İslam Respublikasının quruluşunu devirməkdir”.