“Azərbaycan səfirliyinə edilən hücum Türkiyəyə hücumdur” – İrana sərt ismarış!
Yusif Nəzərli
09:52 30.01.2023
Siyasət
562
"Ev sahibi olan ölkə diplomatik və konsulluq üzvlərinin müdafiəsinə cavabdehdir. Yəni İran Azərbaycan diplomatlarını qorumalıdır. Həmin məsələ 1961-ci il Vyana sözləşməsində açıq şəkildə əksini tapıb. Hücuma görə İran məsuliyyət daşıyır. İranda güclü kəşfiyyat təhlükəsizlik sistemi mövcuddur, Hücumun baş verməsini qəbul etmək mümkün deyil. Rəsmi Tehran terroru həyata keçirən, hücuma kömək edən hər kəsi ortaya çıxarmalıdır".
Bunu "Sherg.az"a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç deyib. O bildirib ki, Azərbaycanın səfirliyi Azərbaycanın torpağıdır:
"Yəni Azərbaycanın torpağına hücum edilib. 44 günlük Vətən müharibəsindən sonra rəsmi Tehranın fərqli davranışlar sərgilədiyini müşahidə edirik. Azərbaycanın tarixi zəfəri nədənsə İranı narahat edir. Sərhəddə təlimlər keçirməsini, İrəvanda baş konsulluq açmasını, Zəngəzur dəhlizi ilə bağlı etirazlarını və s. anlamaq mümkün deyil. İran Türkiyə ilə Azərbaycanın qonşusudur. Qonşuluq əlaqələrini davam etdirməlidir. İran ağlını başına yığmalıdır. Həm Türkiyə, həm də Azərbaycanla əlaqələrini normallaşdırmalıdır. İran unutmamalıdır ki, 15 iyul "Şuşa Bəyannaməsi" ilə Türkiyə-Azərbaycan bir millət, bir dövlətə çevrilib. "Şuşa Bəyannaməsi" bizə böyük güc verir. Azərbaycan səfirliyinə edilən hücum Türkiyəyə hücum kimi qəbul edilir, yaxud əksinə. Prezident səviyyəsində verilən açıqlamalar Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir. Azərbaycan yalnız deyil".
Sabiq səfirin sözlərinə görə, İran sülh üçün səy göstərməlidir:
"Rəsmi Tehranla problemimiz yoxdur. Amma görünür, İranın bizimlə problemi var. Hücumu edən bir nəfər deyil. Əlbəttə, arxasında dayanan şəxslər vardır. Onları da tutmaq, ortaya çıxarmaq gərəklidir.
Can Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumunu şiddətlə və nifrətlə pisləyirəm. Yaralılara Allahdan şəfa diləyirəm, şəhidimizə Allah rəhmət etsin. Ailəsinə, Azərbaycan xalqına, millətimizə baş sağlığı verirəm!".
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb. 29 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının, onların ailə üzvlərinin, səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində yaralananların təxliyəsi başa çatıb. Şəhid olan baş leytenant Orxan Əsgərovun cənazəsi də ölkəyə gətirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat