Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
19:02 01.05.2024
Siyasət
418
Mədəniyyət naziri Adil Kərimli VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramos ilə görüşüb.
Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən bildirilib.
Qonağı salamlayan nazir Azərbaycan-UNESCO əlaqələrindən söz açıb, təşkilatın “Bakı Prosesi” çərçivəsində bu il altıncısı keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ənənəvi tərəfdaşları sırasında yer almasını məmnunluqla qeyd edib. Nazir bildirib ki, Azərbaycan dövlətinin “Bakı Prosesi” qlobal platformasının inkişafı ilə bağlı müxtəlif ideyaları var və bunu UNESCO ilə bölüşməyə hazırdır. Ölkəmiz təşkilatla müxtəlif sahələrdə, o cümlədən süni intellekt sahəsində əməkdaşlıqda maraqlıdır.
UNESCO baş direktorunun köməkçisi Qabriela Ramos görüşə görə təşəkkürünü bildirib, Forumda iştirakından məmnunluğunu ifadə edib.
Söhbət zamanı UNESCO-nun bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) təmsil olunmasının, tərəfdaş qismində çıxış etməsinin əhəmiyyəti qeyd olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm