Azərbaycan və Braziliya COP29 ilə əlaqədar Üçlük formatını müzakirə edib - YENİLƏNİB
Yusif Nəzərli
17:45 02.03.2024
Siyasət
460
2 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Braziliya Xarici İşlər Nazirliyinin baş katibi Maria Laura da Roşa ilə görüşüb.
Bu barədə XİN məlumat yayıb.
Görüşdə Azərbaycan və Braziliya arasında əməkdaşlıq gündəliyi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı məsələlər, habelə regional vəziyyət müzakirə olunub.
Yaxın günlərdə Azərbaycan və Braziliya arasında siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilməsinin məmnunluq doğurduğunu diqqətə çatdıran tərəflər, mövcud əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün bu mexanizmin inkişafına əhəmiyyət verdiyimizi bildirib.
Nazir Ceyhun Bayramov, həmçinin COP29-la bağlı tərəfimizdən görülən hazırlıq işləri ilə bağlı qarşı tərəfi ətraflı məlumatlandırıb.
Xüsusilə, cari ildə COP29-a sədrliyimiz dövründə COP Üçlüyü çərçivəsində Braziliya ilə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların mövcudluğu vurğulanıb.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə qarşı tərəfə məlumat verilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov braziliyalı həmkarı Maria Laura da Roşa ilə Türkiyənin Antalya şəhərində görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyinin X səhifəsində paylaşım edilib.
Bildirilib ki, Antalya Diplomatiya forumu çərçivəsində ikitərəfli əməkdaşlığın gündəliyi müzakirə edilib.
Həmçinin COP29 ilə əlaqədar Troyka formatı çərçivəsində hazırlıq işləri müzakirə edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib
22:20 13.07.2026
Dünya
"Erməni soyqırımı" layihəsi: Knesset təxirə saldı
22:02 13.07.2026
Dünya
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
21:34 13.07.2026
Siyasət
Məsud Pezeşkian Rusiyanın energetika nazirini qəbul etdi
20:46 13.07.2026
Region
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
20:39 13.07.2026
Hərbi
Anna Akopyan Efiopiyaya ezam olunacaq
20:24 13.07.2026
Dünya
Bakı-Qars aviareysləri iyulun 30-dan başlayır
20:13 13.07.2026
Aktual
Tramp: Hörmüz boğazına nəzarəti ələ keçirəcəyik
20:08 13.07.2026
Gündəm
Muhsin Yazıcıoğlu işi üzrə 25 şübhəli saxlanılıb
20:05 13.07.2026
Hadisə
AB Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
19:50 13.07.2026
Dünya
Füzulidə yanğınlar zamanı mina partlayışları baş verib
19:42 13.07.2026
Hadisə
Ermənistanı sülhdən uzaqlaşdırırlar - ŞƏRH
19:15 13.07.2026
Gündəm