Azərbaycanın İrandakı səfirliyinə terror hücumunun xronologiyası - VİDEO
Yusif Nəzərli
10:44 28.01.2023
Siyasət
461
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunun arxasında Tehran hakimiyyətinin dayandığını təsdiqləyən çoxsaylı faktlar var. Şübhələri İran üzərinə çəkən ən əsas məqamlardan biri isə videogörüntülərdir.
“Report”un əldə etdiyi məlumata görə, yanvarın 27-də səhər saat 8:32-yə qədər terrorçu səfirliyin binasında olub və içəridə qarşıdurma yaranıb. Dörd dəqiqədən sonra, yəni 8:36-da o, binadan çıxarılıb.
Saat 8:37-dən saat 8:44-ə kimi o, avtomatla qapılara atəş açıb və ağır çəkiclə qapını açmağa səy göstərib. Terrorçu 8:45-də qapını açıb yenidən içəri daxil olub. Daha sonra terrorçu növbəti dəfə çölə çıxarılıb.
Saat 8:50-də o, səfirliyin avtomobilini yandırıb. Ətrafa xeyli insan toplanıb.Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan səfirliyinin önündə olan köşkdən çıxan İran polisi əvvəlcə heç nə etmir, sonra isə çıxıb gedir.
Başqa bir diqqətçəkən məqam çölü çəkən kameraların real vaxtdan 24 dəqiqə geri qalmasıdır. Buna görə də kameralardakı görüntülər üst-üstə düşmür. Hücumda ən çox diqqətçəkən məqam səfirlik əməkdaşının qəhrəmanlığı və polisin səhlənkarlığıdır.
Xatırladaq ki, yanvarın 27-də səhər saatlarında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı isə hücumun qarşısını alarkən yaralanıb, onlardan biri əməliyyat olunub. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat