Azərbaycanla BƏƏ Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
09:05 12.02.2025
Siyasət
367
11 fevral 2025-ci il tarixində Əbu-Dabi şəhərində Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin üçüncü iclası keçirilib.
XİN-dən Sherg.az-a verilən xəbərə görə, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BƏƏ tərəfindən isə xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini xanım Lana Zəki Nusseybə rəhbərlik edib.
Məsləhətləşmələr zamanı ikitərəfli siyasi, iqtisadi, enerji, humanitar əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. Çoxtərəfli formatda, xüsusilə beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı (COP) çərçivəsində qarşılıqlı koordinasiya və əməkdaşlıq yüksək qiymətləndirilib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar.
BƏƏ tərəfinə regionda münaqişə sonrası mövcud vəziyyət və sülh prosesi, o cümlədən azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, ərazilərimizin minalardan təmizlənməsi və vətəndaşlarımızın öz doğma torpaqlarına qayıdışı barədə məlumat verilib.
Səfər çərçivəsində nazir müavini BƏƏ-nin “TRENDS” Tədqiqat və Məşvərət Mərkəzində olub. Mərkəzin araşdırmalar bölməsinin rəhbəri Mohamed Salem Əl-Salemi təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edilən Mərkəzlə Azərbaycanın müvafiq tədqiqat mərkəzləri arasında əməkdaşlığın inkişafı məsələləri nəzərdən keçirilib.
Yalçın Rəfiyev Mərkəzin rəhbər şəxsləri və tədqiqatçıları ilə görüşündə Azərbaycanın xarici siyasəti, onun regional və beynəlxalq müstəvidə cərəyan edən proseslərlə bağlı mövqeyi və Azərbaycan-BƏƏ əməkdaşlığının gələcək inkişaf perspektivlərindən danışıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya
Fransada etiraz aksiyaları qadağan ediləcək
15:17 22.10.2026
Dünya
Brüsseldə mühüm danışıqlar: Azərbaycan Avropadan nə gözləyir?
15:11 22.10.2026
Gündəm
Güzgüdəki mən niyə özünüzdən fərqli görünür?
14:45 22.10.2026
Sağlamlıq
Yeddi ölkənin xarici işlər naziri İrana görə Türkiyədə toplanır
14:37 22.10.2026
Dünya
Şamonda virusundan ilk insan ölümü qeydə alındı
14:35 22.10.2026
Dünya
Yeni müharibənin anonsu verildi - Ordu İrana yaxınlaşır
14:06 22.10.2026
Gündəm
Türkiyə-Azərbaycan münasibətləri öz gücünü qoruyur -ŞƏRH
13:59 22.10.2026
Siyasət
“Walla”: İranla müharibə ehtimalı artır
13:28 22.10.2026
Dünya
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
13:26 22.10.2026
Dünya