Bəlli dairələrin hələ qələbəmizi etiraf etməyə cəsarəti çatmır
Yusif Nəzərli
23:15 05.11.2021
Siyasət
792
Amma zamanla bu, baş verəcək və xaricdəki bütün qüvvələr Azərbaycana qarşı qərəzli siyasətə son qoyacaqlar
Prezidentin köməkçisi Hikmət Hacıyev ADA Universitetində “44 Günlük Zəfər Yolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı bir sıra məqamlara toxunub. Hikmət Hacıyev qeyd edib ki, hər zaman xarici ölkələrin Zəfər bayramlarında iştirak edəndə özünə sual verirmiş ki, nə vaxtsa biz də bu tarixi bayram kimi qeyd edə biləcəyikmi?!
Onun sözlərinə görə, hər zaman gündəmdə olan məsələ işğal altında olan torpaqların azad edilməsi idi: “Azərbaycan ilk dəfədir müstəqillik tarixində ərazi bütövlüyü təmin edilən ölkə kimi çıxış edir. Artıq Qarabağ mövzusu xarici siyasət mövzusu deyil. Bu artıq daxili məsələmizdir. Ermənistan doktrinasını dəyişdirməli, Azərbaycana qarşı ərazi iddialarından imtina edilməlidir”.
Prezidentin köməkçisinin açıqlamasını şərh edən ekspertlərin fikrincə, hələ də Qarabağ məsələsini regiondan kənara çəkməyə, “münaqişə tam həll olmayıb” deyərək kənar gücləri yenidən bölgəyə cəlb etməyə çalışan yaxın və uzaq qüvvələr mövcuddur.
Siyasi şərhçi Azər Niftiyev “Şərq”ə açıqlamasında deyib ki, 44 günlük Vətən müharibəsində Zəfər əldə etməyimiz və bunun nəticəsində regionda yeni situasiyanın yaranması bəzi xarici dairələrin, qərəzli qüvvələrin yuxusunu ərşə çəkib. Ekspertin sözlərinə görə, onlar hər vəchlə indiki prosesi başqa səmtə çəkməyə çalışırlar:
“Bu gün Azərbaycan qalib, Ermənistan isə məğlub tərəfdir. İslamofobiya, xristian təəssübkeşliyi və digər ziyanlı tendensiyaları təşviq edən dairələr təəssüf ki, Ermənistanın Xocalıda, Gəncədə, Bərdədə, Tərtərdə törətmiş olduğu insani cinayətlərə göz yumurlar. Bütün bunlar göstərir ki, Qərbin məkirli dairələri üçün müqəddəs dəyər yoxdur. Bu əslində bizi narahat etməməlidir. Azərbaycan böyük əhəmiyyətə malik Zəfər qazanıb. BMT qətnəmələrində öz əksini tapmış doğma torpaqlarımızı düşməndən azad etmişik. Yəni üzərimizə düşəni artıqlaması ilə etmişik. Ancaq Qələbə yenidir və bəzi beynəlxalq dairələr bəlli səbəblərdən “Qarabağ münaqişəsinin bitməsini” etiraf etməyə cəsarət etmirlər. Amma zamanla bu, baş verəcək və xaricdəki bütün qüvvələr Azərbaycana qarşı qərəzli siyasətə son qoyacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
"Qarabağa qayıdanları yeni iş yerləri gözləyir" - Tural Gəncəliyev
18:53 28.07.2026
Futbol
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm
"İdxal olunan panko zəhərləyə bilər" - Ekspertdən XƏBƏRDARLIQ
16:57 28.07.2026
Sağlamlıq