
Beynəlxalq məhkəmələrin ədalətinə etimadımız yoxdur - RƏY
11:36 10.02.2024
Siyasət
158575
Qərbin ikili standartları ortadadır Ermənistan Beynəlxalq Cinayətlər Məhkəməsinin üzvü olsa da, ən yaxın keçmişdə Azərbaycan əleyhinə müharibə cinayətləri törətmiş bir dövlətdir
Ermənistan fevralın 1-dən rəsmən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) üzvü olub. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Ermənistan beynəlxalq ədalət sisteminin əhəmiyyətini anlayır: "Bu da soyqırımı kimi ağır cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasını mümkün edir. Ermənistan həmişə beynəlxalq səviyyədə insanlığa qarşı cinayətlərin qarşısının alınması və pislənməsi proseslərinin fəal iştirakçısı və təşəbbüskarı olub". Mirzoyan bildirib ki, Ermənistan məhkəmənin fəal iştirakçısı olacaq və onun işinə mühüm töhfə verəcək. Qeyd edək ki, İrəvanın Roma Əsasnaməsini ratifikasiya etməsi Rusiya ilə münasibətlərdə də müəyyən soyuqluq yaradıb. Çünki indiki halda Ukrayna ilə müharibədən dolayı barəsində qərar olan Prezident V.Putin Ermənistana səfər edərsə, dərhal həbs olunmalıdır. Təəccüb doğuran məqamlardan biri də odur ki, tarix boyu soyqırımlar törədən, qətliamlar həyata keçirən, əsirlərə dəhşətli işgəncələr verən, torpaqlarımızı 30 ilə yaxın müddətdə işğalda saxlayan ermənilər bu gün həyasızcasına "bəşəri cinayətlərə qarşı çıxdıqlarını" iddia edirlər. Utanmadan bu istiqamətdə "mübarizə apardıqlarını", prosesə töhfə verməyə hazır olduqlarını deyirlər..
Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov "Sherg.az"a deyib ki, Ermənistanın Beynəlxalq Cinayətlər Məhkəməsinə üzv olması bu ölkənin siyasi və hüquqi həyatında bir sıra yeniliklərə səbəb olacaq. Ekspertin sözlərinə görə, ən azından beynəlxalq axtarışda olan şəxslər Ermənistana səfər edərkən həbs olunacaqlar:

"Amma burada başqa məqamlar, Qərbin ikili standartları da rol oynayır. Ermənistan Beynəlxalq Cinayətlər Məhkəməsinin üzvü olsa da, ən yaxın keçmişdə Azərbaycan əleyhinə müharibə cinayətləri törətmiş bir dövlətdir. Təəssüflər olsun ki, beynəlxalq məhkəmələrdəki ikili standartlar səbəbindən həmin terrorçuları, cinayətkarları məhkəmə qarşısına çıxarmaq mümkün olmayıb. Bundan sonra da Ermənistanın Xocalıda, Qarabağın bir çox bölgəsində soyqırımlar, dəhşətli qətliamlar törətmiş əliqanlı vətəndaşlarını həbs edəcəyi, yaxud mühakimə olunmaları üçün Bakıya təhvil verəcəyi inandırıcı deyil. Buna ümid etmək sadəlövhlük olar. Azərbaycanla bağlı beynəlxalq ədalətin pozulması, hüququn tələblərinin görməzdən gəlinməsi ilk dəfə qarşılaşdığımız hal deyil. Ötən illər ərzində Azərbaycan dəfələrlə erməni terrorçuların kimliyini müəyyənləşdirərək onları "interpol"a versə də, həmin şəxslərin yeri məlum olduğu halda tutulub Azərbaycana verilməyiblər. O səbəbdən beynəlxalq hüququn tələblərini öz gücümüzə tətbiq etmişik. İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatları zamanı erməni terrorçularını saxlayaraq Bakıya gətirərək mühakimə etmişik. Digər terrorçularla, cinayətkarlarla bağlı da eyni addımlar atılmalıdır. Beynəlxalq məhkəmələrin ədalətinə, obyektivliyinə etimadımız yoxdur".
Oxşar xəbərlər
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak etdi
01:20 30.10.2026
Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının müzakirə edəcəyi məsələlər açıqlanıb
17:41 29.10.2026
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət