
BMT-də fiasko...
Yusif Nəzərli
07:32 06.01.2023
Siyasət
491
Ermənistan sülh prosesindən ikiəlli yapışmalıdır
Makronun geosiyasi oyunları, hiyləgər gedişləri erməniləri xilas edə bilmədi
Fransa və Ermənistanın 2022-ci ilin sonunda ekofəalların Laçın-Xankəndi yolundakı dinc etiraz aksiyasını bəhanə edərək ölkəmizə qarşı başlatdıqları növbəti anti-Azərbaycan kampaniyası iflasa uğramaqdadır. Paris və İrəvan dünya ictimaiyyətini çaşdırmağa çalışaraq məlum aksiyanı Xankəndidəki ermənilərin “blokada”ya alınması və “humanitar fəlakət” kimi təqdim etməyə çalışırdılar. Buna görə də xüsusi canfəşanlıqla BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasını da çağırmışdılar. Ən çox canfəşanlıq göstərən isə Fransa idi. Hazırda BMT-nin TŞ-yə sədrlik edən Fransa bu səlahiyyətindən sui-istifadə edərək Azərbaycanı ermənilərə qarşı "humanitar böhran” yaratmaqda ittiham edirdi.
İstəyirdi ki, BMT xətti ilə Azərbaycana qarşı sanksiyalar tətbiq edilsin və “beynəlxalq sülhməramlı qüvvələr” adı altında bölgəyə Fransa hərbi kontingenti gətirilsin. Bununla da Cənubi Qafqazda Fransanın hərbi-siyasi varlığı təmin edilsin.

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov "Şərq"ə açıqlamasında bildirib ki, Fransa Prezidenti Emmanuel Makron məkrli geosiyasi məqsədlərinə nail olmaq üçün siyasi-psixoloji təzyiq “kart”larından istifadə etmək yolunu tutdu, lakin fiasko ilə üzləşdi. Partiya rəhbəri qeyd edib ki, Fransanın BMT TŞ-də Azərbaycan əleyhinə qətnaməni qəbul etdirə bilməməsi ədalətin qələbəsi sayılmalıdır:
"Bu həm də Makronun özünün bilavasitə məğlubiyyətidir. Daha doğrusu, rüsvayçı məğlubiyyətidir. Makron belə bir nəticəni bəlkə də heç gözləmirdi. Çünki o, özünə çox arxayın idi və Fransanın beynəlxalq nüfuzuna güvənirdi. BMT TŞ-nin rıçaqlarından istifadə etməklə Azərbaycana qarşı təşkil edilən bu proses birbaşa Fransa prezident administrasiyası və Makronun xarici siyasət üzrə müşavirləri tərəfindən yönləndirilirdi.
Makron öz komandasının bütün diplomatik gücünü bu kampaniyaya həsr etmişdi.
Təkəbbürlü Fransa lideri BMT TŞ-də məlum bəyannaməni qəbul etdirəcəyinə və növbəti mərhələdə onu qətnaməyə çevirə biləcəyinə nədənsə, çox əmin idi. Ancaq sonda Azərbaycanın mövqeyi, Azərbaycanı dəstəkləyən ölkələrin qətiyyəti qalib gəldi. İngiltərə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Albaniya birmənalı surətdə Fransanın təşəbbüsünə qarşı çıxdı.
ABŞ və Çin kimi dünya gücləri isə neytral mövqe tutdular ki, bu da Makron üçün arzuolunmaz hal idi. Özünü bütün Avropanın lideri hesab edən Makron rüsvayçı vəziyyətə düşdü və nəhayət anladı ki, artıq Fransanın mövqeyi heç kim üçün önəmli deyil. Bu hadisə Makron üçün əsl “soyuq duş” oldu.
Rəsmi İrəvan isə bu cür ağır diplomatik məğlubiyyət nəticəsində növbəti dəfə əzik duruma düşdü və Yeni ili məyus əhval-ruhiyyə ilə qarşıladı. Ermənistan rəhbərliyi başa düşməlidir ki, Makronun geosiyasi oyunları, hiyləgər gedişləri ermənilərin yox, Fransanın öz maraqlarına xidmət edir.
Ermənilər gah bu, gah da digər havadara bel bağlayıb revanşa can atmaqdansa, real sülhə can atmalıdırlar. Onların xilası yalnız bundadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat