
Brüssel görüşü öncəsi SABOTAJ! - “Danışıqlar təxirə salına bilər”
Yusif Nəzərli
13:17 10.12.2021
Siyasət
920
Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb.
Bu barədə "Sherg.az"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib. Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Artıq bir neçə gündür, Ermənistan təxribatdan əl çəkmir. Məxsusi olaraq dekabrın 15-i Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın görüşündən öncə bu cür təxribatlara əl atılması göstərir ki, qarşı tərəf öz çirkin, məkrli siyasətindən əl çəkmir. Ermənistan hökuməti anlamalıdır ki, artıq qarşılarında 1991-ci ildə müstəqilliyini yeni qazanmış Azərbaycan yoxdur. “Odlar Yurdu” Vətən savaşında öz gücünü, qüdrətini bütün dünyaya göstərdi. Bütün hallarda vəziyyət Ermənistanın əleyhinə işləyir. Təxribatlara davam etməsi onun siyasi, iqtisadi və hərbi tənəzzülünü daha da sürətləndirəcək.

Günbəgün artan təxribatların məqsədini “Sherg.az”a şərh edən Siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti (BDU) “Diplomatiya və müasir inteqrasiya prosesləri” kafedrasının dosenti Mətin Məmmədli bildirib ki, Ermənistan təxribatlarla təzyiq göstərməyə çalışır:
“Təxribatlar getdikcə artır. Ermənistan hökumətinin yol verdiyi bu yanlış davranışlar Brüssel görüşünə təsirsiz ötüşməyəcək.
Əlavə olaraq, ötən ilin 10 Noyabrında Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış bəyannamədə qeyd olunan öhdəlikləri yerinə yetirmir. Paşinyan hökumətinin rəsmi mövqeyi göstərir ki, yaxın zamanda da bu öhdəlikləri yerinə yetirməyəcəklər. Ermənistan davranışlarını düzəltməsə, təxribatlara bu tempdə davam etsə, görüş təxirə salına bilər”.
Xanlar ƏLİBƏY
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq