Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
Yusif Nəzərli
19:46 13.03.2025
Siyasət
238
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 12-ci Qlobal Bakı Forumu çərçivəsində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Rebeka Qrinspa ilə görüşüb.
Sherg.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan və BMT əməkdaşlığının müxtəlif aspektləri və perspektivləri, mina təhlükəsi ilə mübarizə səylərində qarşılıqlı fəaliyyət imkanları, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimiz və tədbirin təşkil olunması üzrə BMT ilə əməkdaşlığımızın nümunəvi xarakter daşıdığını, bundan sonra da bu dinamikanın davam etdirilməsinin əhəmiyyətini qeyd edib.
Nazir Ceyhun Bayramov ölkəmizin donor dövlət kimi həyata keçirdiyi beynəlxalq yardım təşəbbüslərindən ətraflı bəhs edib, xüsusilə COVID19 pandemiyası dövründə inkişaf etməkdə olan ölkələrin pandemiya ilə mübarizəsi, o cümlədən postpandemiya dövründə dəstəklənməsi üzrə bir sıra yardımlar həyata keçirdiyini diqqətə çatdırıb.
Qarşı tərəf, həmçinin COP29 çərçivəsində əldə olunan nailiyyətlər, xüsusilə iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət məqsədinin müəyyən olunması, Paris Sazişinin karbon bazarlarını tənzimləyən 6-cı maddəsi üzrə razılığın əldə edilməsi, bununla yanaşı həyata keçirilən bir sıra təşəbbüslər barədə ətraflı məlumatlandırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Samuxda quyuya düşən şəxs xilas edilib - VİDEO
18:26 23.05.2026
Hadisə
“Qarabağ" üç futbolçunu klubdan göndərib
18:16 23.05.2026
Futbol
Türkiyədə bələdiyyə sədri güllələnib
17:52 23.05.2026
Hadisə
Aleksandr Vuçiç Çinə rəsmi səfər edəcək
17:51 23.05.2026
Dünya
Əğyar mizrabı...
17:41 23.05.2026
Cəmiyyət
Ermənistanda seçkilərlə bağlı həbs olunanlar var
17:20 23.05.2026
Region
Qalibaf: ABŞ ilə atəşkəs dövründə İran ordusu gücünü bərpa edib
17:03 23.05.2026
Region
BMT WUF13-ü tarixi hadisə adlandırdı - ŞƏRH
16:35 23.05.2026
Gündəm
76 nömrəli ev: Atatürk və ailəsi burada yaşayıb
16:02 23.05.2026
Maraqlı
SON DƏQİQƏ: Kılıçdaroğlu partiyadaxili birlik çağırışı etdi
15:49 23.05.2026
Gündəm
Qazaxıstanlı general Azərbaycana gəldi
15:31 23.05.2026
Gündəm
Latviyada naməlum dron gölə düşərək partlayıb
15:22 23.05.2026
Dünya
Paşinyan: Xalq desə ki, Nikol qalsın, qalacaq
15:05 23.05.2026
Gündəm
Ukrayna ordusu Rusiyanın hərbi müəssisəsinə zərbə endirib
14:59 23.05.2026
Dünya