Çin-Azərbaycan: İkitərəfli münasibətlərdə yeni mərhələ
09:53 25.12.2023
Siyasət
605
Mən Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəltmək üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram.
Bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubunda deyilir.
O qeyd edib ki, Çin və Azərbaycan ənənəvi dost tərəfdaşlardır: "Hazırda Çin-Azərbaycan münasibətləri çox yaxşı və sabit inkişaf edir, siyasi qarşılıqlı etimad daim möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq müvəffəqiyyətlə irəliləyir".
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Aytən Qurbanova bildirib ki, Çin BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olmaqla qlobal sistemin ən əsas aktorlarından biridir:
“Xüsusilə yeni formalaşmaqda olan dünya nizamında Çinin rolu kifayət qədər önəmlidir. Məhz belə bir qlobal güc ilə iqtisadi, siyasi, mədəni və bütün digər istiqamətlərdə əlaqələrin və strateji tərəfdaşlığın müvəffəqiyyətlə inkişaf etdirilməsi dövlətimizin milli maraqlarının təmin olunması nöqteyi-nəzərindən mühüm təsir imkanlarına malikdir. Ərazi bütövlüyümüzü dəstəklədiyini açıq şəkildə ifadə edən Çin torpaqlarımızın işğaldan azad olunması ilə bağlı atdığımız bütün addımlarda haqlı mövqeyimizi müdafiə edib. Digər tərəfdən isə Azərbaycanın Çinin “bir yol, bir kəmər” layihəsinin uğurlu şəkildə icra olunması üçün vacib ölkələrdən biri olması faktı artıq dəfələrlə ifadə olunub. Bütün bu addımlar qarşılıqlı etimadı və yüksələn əlaqələri şərtləndirən əsas amillər olaraq dəyərləndirilə bilər. Ona görə də, beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətlərindən biri olan Çin ilə strateji tərəfdaşlığın inkişaf etdirilməsi Azərbaycan diplomatiyasının uğuru olaraq nəzərdən keçirilməklə ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı olaraq ifadə oluna bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual