Demarkasiya gündəmdə ! - “Sərhəd xətləri yenidən müəyyənləşməlidir”
Banuçiçək Kalbalıyeva
09:51 27.11.2020
Siyasət
826
“Azərbaycan Zodla yanaşı, Qazağın 7 kəndində, həmçinin Naxçıvanın müəyyən hissəsində sərhəd xəttlərini istədiyi kimi çəkməkdə müstəqildir”
“Buna həm beynəlxalq hüquq, həm də “Azərbaycan Respublikasının dövlət sərhəddi” haqqında Qanunu icazə verir”
Azərbaycan, Rusiya və Ermənistan Silahlı Qüvvələrinin nümayəndələri xüsusi vasitələrin (GPS) istifadəsilə sərhədlərin demarkasiya işlərinə başlayıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Ermənistan MN-dən bildirilib ki, demarkasiya işlərinin bir hissəsi Kəlbəcər ərazisindəki Zod yatağında aparılır. Ermənistan Müdafiə Nazirliyi Kəlbəcərdəki Zod qızıl yatağı ətrafında baş verənlərlə bağlı aydınlıq gətirib. Azərbaycan, Rusiya və Ermənistan Silahlı Qüvvələrinin nümayəndələri Azərbaycan-Ermənistan sərhədində xüsusi vasitələrdən (GPS) istifadə etməklə demarkasiya işlərinə başlanıldığına dair məlumat verilib.
Bildirilir ki, bir qədər əvvəl sosial şəbəkələrdə işğaldan azad olunmuş Kəlbəcər rayonuna daxil olan Azərbaycan hərbçilərinin erməni hərbçiləri ilə üz-üzə gəlməsi barədə videogörüntülər yerləşdirilib. Qızıl yatağı ərazisinə gələn Azərbaycan hərbçilərinin ermənilərdən orandan çıxmalarını tələb etmələri vurğulanıb. Ancaq sonradan Ermənistan MN bu məlumatı təkzib edib.
Demarkasiya işlərinin ardınca Azərbaycan və Ermənistan Silahlı Qüvvələri xidmət aparacaqları öz hərbi bazalarını müəyyən olunmuş sərhədlərdə yerləşdirəcəklər. Nazirlik xatırladıb ki, sərhədlər demarkasiya olunmazdan əvvəl Ermənistan ərazisindən Azərbaycanın Kəlbəcər rayonuna və əks istiqamətdə hərəkətin dayandırılması üçün müvəqqəti qapılar quraşdırılıb.
Bunun başqa, “RİA Novosti”nin xəbərinə görə, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryan deyib deyib ki, Azərbaycan tərəfi Zod qızıl yatağının mülkiyyəti və oradakı insanların təxliyyəsi barədə məsələ qaldırıb:
Kəlbəcər rayonu Bakının nəzarətinə keçəndən sonra iki ölkə arasındakı sərhəd sahənin ortasından keçir. Azərbaycan hərbçiləri mədəndə işləyən Rusiya şirkətinin nümayəndələri ilə danışıqlar aparıb və bundan sonra şirkət əməkdaşları ərazini tərk edib.
O, Ermənistan tərəfinin müzakirələrdə iştirak etmədiyini vurğulayıb.
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bu barədə “Sherg.az”a danışarkən məsələnin mahiyyətini aydınlaşdırıb:
“1990-cı illərin əvvəlinədək iki ölkə arasında müəyyənləşdirilmiş sərhəd xətti var idi. Amma müharibə nəticəsində torpaqlarımızın iyirmi faizini işğal etdilər. Bu il sentyabrın 27-dən başlanan hadisələrdən sonra yeni sərhəd xəttləri meydana çıxdı.
Beləliklə, demarkasiya məsələsi növbəti dəfə gündəmə gəldi. İkinci bir tərəfdən isə SSRİ dağılanda iki ölkə birbaşa münaqişəyə cəlb edildiyindən sərhəd xətlərini müəyyənləşdirməmişdilər.
Ona görə də toqquşmalar və müqavilələr müvəqqəti xarakter daşıyırdı.
Amma baş verən hadisələrdən sonra həmin xətlər yenidən müəyyənləşməlidir”.
Ə.Əlibəylinin fikrincə, bu proses bizim maraqlarımıza uyğun həyata keçirilməlidir:
“Keçmişə yönəlik hansısa istinad mümkün deyil. Azərbaycan Zodla yanaşı, Qazağın 7 kəndində, həmçinin Naxçıvanın müəyyən hissəsində sərhəd xətlərini istədiyi kimi çəkməkdə müstəqildir.
Buna həm beynəlxalq hüquq, həm də “Azərbaycan Respublikasının dövlət sərhəddi” haqqında Qanunu icazə verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual