Demokratiya sadəcə bəhanədir
Yusif Nəzərli
03:25 07.12.2021
Siyasət
629
ABŞ Çinin artan hərbi qüdrətindən narahatdır
Böyük dövlətlərin gərgin münasibətləri qarşılıqlı ittihamlardan o yana keçməyəcək
Uzun müddətdir davam edən ABŞ-Çin qarşıdurması son günlər yeni mərhələyə qədəm qoyub. Tərəflər ikili münasibətlərin korlanmasında qarşılıqlı olaraq bir-birilərini ittiham edirlər. Çin Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, Amerikanın təbliğ etdiyi demokratiya modeli digər dövlətlərə təzyiq və daxili işlərinə qarışmaq üçün bəhanədir.
Bəyanatda vurğulanıb ki, ABŞ “demokratiya nümunəsi” olmaqdan qürur duyur və bu bəhanə ilə digər ölkələrin daxili məsələlərinə müdaxilə edirlər. Demokratiya bayrağı altında müharibələr aparır və regional münaqişələrə, humanitar fəlakətlərə səbəb olurlar. Sənəddə qeyd olunub ki, Vaşinqtonun öz demokratik sistemini mükəmməl göstərmək cəhdlərinə baxmayaraq, əslində onun mənfi tərəfləri daha ciddi şəkildə üzə çıxır: “Ümid edirik ki, ABŞ öz sistemini təkmilləşdirəcək və xarici dünya ilə münasibətlərə yanaşmanı dəyişəcək”. Ekspertlərin qənaətincə, Çin-ABŞ arasında mübarizənin əsas səbəbi iqtisadi dominantlıq uğrundadır. Problem isə ondadır ki, iki nəhəng iqtisadi gücün qarşıdurması sadəcə tərəflərə deyil, bütün dünyaya risk yaradır.
Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev hesab edir ki, ABŞ-Çin münasibətlərinin gərgin olması səbəbini hər iki tərəf özünəməxsus qaydada təhlil edir. Partiya təmsilçisinin sözlərinə görə, Ağ Ev mütəmadi şəkildə Çin Xalq Respublikasını avtoritar ölkə olmaqla yanaşı, demokratiyanın boğulmasında və ideoloji münaqişənin qızışdırılmasında da suçlayır: “Pekin isə Amerikanı ölkəsinin iqtisadi yüksəlişindən narahat olmaqda və buna mane olmağa çalışmaqda ittiham edir.
Lakin əslində isə Vaşinqtonu narahat edən Çinin artmaqda olan hərbi qüdrətidir. Çinin yeni hərbi texnologiyalara can atması və nüvə dövləti olması ABŞ-ı ciddi təşvişə salır. Məhz bu səbəbdən Vaşinqton-Pekin əlaqələrinin qısa zamanda normallaşacağı istisna edilmir. Xatırladım ki, ötən ilin yanvar ayında Çin ABŞ-dan 200 milyard dollar həcmində məhsul alacağına söz versə də, sabiq prezident Donald Tramp qəflətən bu razılaşmaya ehtiyac olmadığını bəyan etdi.
Razılaşma Amerika iqtisadiyyatı üçün kifayət qədər önəmli yatırım sayılsa da, Tramp bundan imtina etdi. İndiki Prezident Cozef Bayden hakimiyyətə gəldikdən sonra bu qərara yenidən baxacağını və Çinlə iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu söylədi. Baydenin məsləhətçisi Cek Sallivan bu istiqamətdə işlərin getdiyini və iqtisadi münasibətlərin müəyyən edilməsi istiqamətində iş aparıldığını deyib. İlin sonunda Bayden və ÇXR-nın rəhbəri Si Tsinpin arasında virtual görüşün baş tutması planlaşdırılır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə 70 yaşlı kişinin meyiti tapıldı
21:23 06.10.2026
Hadisə
16 yaşlı qızını nişanlayan ata cərimələndi
21:00 06.10.2026
Sosial
Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...
20:50 06.10.2026
Aktual
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə görüşdü
20:38 06.10.2026
Gündəm
Ayı qəbri qazaraq qadın meyitini apardı
20:17 06.10.2026
Dünya
İranda 70 siyasi məhbus edam edildi
20:02 06.10.2026
Region
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb
19:53 06.10.2026
Hərbi
39 yaşlı ƏFSANƏ: Messi Argentina millisində son oyununa çıxır
19:46 06.10.2026
Futbol
Ərdoğandan universitetlərə süni intellekt xəbərdarlığı
19:41 06.10.2026
Gündəm
Məktəb direktoru onkoloji xəstəlikdən vəfat etdi
19:37 06.10.2026
Hadisə
Qadınlar kişilərdən daha çox ağrı hiss edir - ARAŞDIRMA
19:33 06.10.2026
Sağlamlıq
Yeni qatarlar Bakıda tıxacları azalda bilər - EKSPERT
19:27 06.10.2026
İnfrastruktur
Ayı qəbri qazaraq qadın meyitini apardı
19:15 06.10.2026
Hadisə
Ermənistan və Litva müdafiə sahəsində əməkdaşlıq edəcək
19:08 06.10.2026
Cənubi Qafqaz
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya