Rusiya Azərbaycan və Ermənistana sülhün əldə olunması üçün kömək göstərməyə hazırdır.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mixail Kaluqin "RİA Novosti"yə müsahibəsində bildirib.
O qeyd edib ki, Moskva tərəflər müraciət edərsə vasitəçilik təmin edə bilər:
"Rusiya Cənubi Qafqazda əmin-amanlığın təmin olunmasına zəruri dəstək verməyə hazırdır".